DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu gün Rusiyaya qarşı keçiriləcək oyun barəsində millimizin keçmiş futbolçusu, 2009-cu ilin 28 martında Moskvadakı oyunun (0:2) iştirakçısı olmuş Samir Abbasovun Qol.Az saytına müsahibəsi.
- Samir, bu gün keçiriləcək Rusiyaya qarşı oyun barəsində nə deyə bilərsən?
- Rusiya millisinin Portuqaliyayla oyununu televiziyadan canlı olaraq izlədim. Həmin oyunda ruslar yaxşı təsir bağışladılar. Daimi hərəkətdə olan cavan futbolçulardan təkil olunmuş heyətə malikdilər. Düzdür, Portuqaliyaya erkən qol vurduqdan sonra müdafiəyə çəkilib əks-hücum taktikasıyla oynadılar. Ancaq fikrimcə, millimizə qarşı başqa taktikayla oynayacaqlar. Portuqaliya üzərindəki qələbə bizimlə oyun öncəsi onlara müsbət təsir edib. Görünür, ruslar qurupda birinci yer uğrunda mübarizə aparırlar. Çətin olacaq. Belə baxanda onsuz da bizim üçün bütün oyunlar çətindir. İnanmıram Rusiyaya qarşı Portuqaliyaya qarşı oynanılan taktikayla oynayaq. İnşallah, bu dəfə daha yaxşı oynayarıq, mən buna çox ümid edirəm.
- Millimizdə legionerləşdirmə siyasəti birmənalı qarşılanmır. Çoxları bunun əleyhinədir. Sənin bu barədə fikirlərini bilmək maraqlı olardı...
- Bilirsiniz bu gün yığmanın heyətində elə legionerlər var ki, onlar həqiqətən komandamıza xeyir verəcək futbolçulardır. Amma elələri də var ki, millidə oynamağa layiq deyilər. Məsələn, götürək Ufuk Budaqı. Bu oyunçunu gah müdafiənin sol cinahında, gah da dayaq yarımmüdafiəçisi kimi oynadırlar. Bu oyunçu bir mövqedə oynaya bilirsə, nəyə lazımdı hər dəfə başqa mövqedə oynatmaq? Elə bir şahmat oynayır. Ondansa onun yerinə başqa bir yerli futbolçu daha çox xeyir verərdi. Həmin mövqedə çıxış edən yerli futbolçunun “ölüsü” Ufuq Budağın “dirisindən” yaxşıdır.
- Bu gün milli komandada hücumçü problemi olduğunu söyləmək olar?
- Millidə çıxış edən hücumçular heç də zəif deyillər. Mənə görə ən böyük problemimiz qol vura bilməməkdir. Siz hücumçulardan şikayətlənirsiniz, onlar da şikayətlənir ki, ötürmə verən yoxdur.
- Portuqaliyayla oyundan öncə jurnalistlərə açıqlamasında milli komandanın baş məşqçisi Berti Foqts demişdi ki, “bura qələbə qazanmağa deyil, təcrübə toplamağa gəlmişik”. Bir baş məşqçinin, özü də milli komandanın çalışdırıcısının bu cür açıqlama verməsi nə dərəcədə düzgündür?
- Ola bilsin, Foqts reallığı nəzərə alıb o cür açıqlama verir. Düzdür, buna münasibətim yaxşı deyil. Belə baxanda, nə istəyir qoy, desin. Millidə forma geyinən futbolçular peşəkardı və gərək bu cür sözlərin təsiri altına düşməyələr.
- Foqts açıqlamalarının birində belə fikir də səsləndirib ki, qarşıya qoyulan əsas hədəf Avro 2016-ya vəsiqə qazanmaqdır. Səncə, bu heyətlə, bu oyunla bu, nə dərəcədə real görünür?
- Sən özün jurnalist olaraq, konkret heyətdən narazısan, yoxsa oyundan?
- Mənə daha çox təcrübəli futbolçu kimi sənin fikrin maraqlıdır...
- Əgər hər şeyə real yanaşırıqsa, xeyr, bunun baş verəcəyinə qətiyyən inanmıram.
- Qrupumuzda daha çox hansı komandalardan xal almağa ümid edə bilərik?
- Rusiya və Portuqaliyadan evdə xal ala bilərik. Digər komandalardan isə həm evdə, həm də səfər oyunlarında xal almaq gücündəyik. Təbii ki, yaxşı oynasaq.
- Elə isə, sənə görə, bu seçmə mərhələni neçə xalla başa vura bilərik?
- Məncə, ən azı 10-12 xal toplaya bilərik.
Şükür CAVAD
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı