“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov Qol.Az saytına müsahibəsində "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sabah Rusiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının şanslarını dəyərləndirib:
- Sabah "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimiz səfərdə Rusiya komandasıyla qarşılaşacaq. Bu oyun barədə nə düşünürsünüz?
- Bu gün Rusiya futbolunun inkişafı göz qabağındadır. Onlara ayrılan güclü maliyyə vəsaiti, çempionatlarında çıxış edən səviyyəli legionerlər Rusiya futbolunun inkişafında rolu böyük oldu. Bizim də futbolumuzun inkişafı göz qabağındadır. Əvvəlki illərə nisbətən futbolda çox irəliləmişik. Lakin rusların bizdən güclü olması, o demək deyil ki, biz onlarla mübarizə apara bilmərik. İnsan həyatda hər şeyə qadirdir. Sadəcə, onlarla mübarizə aparıb oynamaq lazımdır. Bunu biz İsraillə oyunda gördük. Baxmayaraq ki, portuqallara böyük hesabla məğlub olduq (0:3). Bununla belə, futbolçularımız Portuqaliya ilə oyunda sonadək mübarizə apardı. Mən inanıram ki, belə davam etsə, qısa bir zamanda Azərbaycan futbolunun tərəqqisindən danışacağıq. Biz Rusiyaya ilə qarşılaşmada ən azından mübariz olmalıyıq. Hər bir futbolçunun iki əli, iki ayağı, fikirləşən beyni var. Özümüzdə inam yarada bilsək, istənilən komandaya qarşı oynaya bilərik.
- Bir neçə gün bundan öncə Rusiya Avropa nəhənglərindən hesab edilən Portuqaliyanı evdə minimal hesabla məğlub etdi - 1:0. Sizcə, millimiz ruslarla oyundan hansı nəticə ilə ayrıla bilər?
- Fikrimcə, bu nəticə Azərbaycan futbolçularını qorxutmamalıdır. Əksinə bu nəticə futbolçularımıza bir stimul verməlidir. Əgər Portuqaliya məğlub olursa, deməli, ruslar da bu aqibətlə üzləşə bilər. Mən inanıram ki, ruslarda millimizlə oyunda arxayınçılıq olacaq. Biz bu arxayınçılıqdan istifadə etməliyik. Rusiya millisi bu görüşə bir balaca ehtinasız yanaşacaq. Mən bilirəm ki, onlar yığmamızı qiymətləndirmirlər. Bəlkə də, baş məşqçiləri Fabio Kapello bu səhvə imkan verməsin. Lakin nə qədər də olmasa, boşalma hiss olunacaq. Bundan da, maksimum yararlanmaq lazımdır.
- Bir təcrübəli mütəxəssiz kimi necə düşünürsünüz, millimiz səfərdə hücum futbolu nümayiş etdirəcək, yoxsa bir qədər ehtiyyatlı oynamağa çalışacaq?
- Oyunu meydanın mərkəzində keçirməyə çalışmalıyıq. Daha öz cərimə meydançamızda rəqibi qarşılamamalıyıq. Belə olan halda komandamız hücumlara tez-tez qoşula bilər. Düzdü, rəqibin heyətində Kerjakov kimi sürətli hücumçular var. Lakin bizim də, müdafiəmizdə Rəşad Sadıqov, Mahir Şükürov kimi müdafiəçilərimiz çıxış edir. Çalışıb, daim pressinq etməliyik. Belədə hücumlarımız da, çox olacaq. Baxın görün, Rumuniya millisi Türkiyə qarşısında sona qədər presdinq tətbiq etdi və nəticədə səfərdə qələbə qazandılar. Bir sözlə, əziyyət çəkənin hər zaman şans yanında olur.
- Məlum olduğu kimi Rəşad Sadıqovun ayağı burxulub. Bununla belə, futbolçumuz Rusiyaya aparıldı. Sizcə, Rəşad Sadıqovun olmaması, komandamızın oyununa necə təsir göstərəcək? Onun yerini doldura biləcək futbolçumuz varmı?
- Mənə elə gəlir ki, biz futbolçularımızı qiymətləndirməliyik. Rəşadın Azərbaycan futbolunda öz dəsti-xətti və yeri var. Lakin biz yerli gənc futbolçularımızı da, reklam edərək, xalqın gözündə ucaltmalıyıq. Bu, onlarda özünəinamı daha da, artıracaq. Demirəm tərif yağışına tutmalıyıq. Lakin daim onları tənqid atəşinə də tutmamalıyıq. Mənə elə gəlir ki, biz yerli gənc istedadları çox tənqid atəşinə tutsaq, onları "söndür"ə bilərik. Düşünürəm ki, Azərbaycanda Rəşadı əvəzləyə biləcək yerli futbolçu var. Hər kəs bilir ki, əvəzolunmaz insan yoxdur. Lakin bir sual meydana çıxır. Onu əvəz edən futbolçu Rəşad qədər oynaya biləcəkmi. Bu sualın cavabını özüm verərək, deyirəm ki, yox.
- Rusiya futboluna bələd bir mütəxəssis kimi söyləyə bilərsinizmi, onları hansı hiyləgərlik və ya taktiki gedişlə qabaqlamaq olar?
- Biz SSRİ dövründə “Dinamo” (Moskva), “Spartak” ( Moskva)kimi klubların ən güclü vaxtlarında belə, ruslara qarşı İsgəndər Cavadov, Səmədağa Rzayev, Rafiq Əlizadə kimi futbolçularla mübarizə aparmışıq. Onlara qarşı cərimə meydançasına yaxın mövqedə oynayan zaman qələbə qazana bilmişik. Ona görə də cərimə xəttinə qədər gəlmək lazımdır. Yaxşı bilirik ki, rusların fiziki hazırlığı Azərbaycan futbolçularından iki dəfə çoxdur. Hətta, ruslar ikinci mərtəbədə də bizdən üstündürlər. Lakin əgər Lüksemburq kimi futbolda inkişaf mərhələsinə yeni qədəm qoyan yığma Portuqaliyaya qol vura bilirsə, niyə də, bunu biz etməyək. Bizim əsas üstünlüklərimiz güclü istək və cərimə meydançasının yaxınlığında mübarizə aparmaq ola bilər. Bu üsulla Rusiya millisinin əsəbləriylə oynayaraq, onlardan xal götürə bilərik. Top qapıya getməyəndə getmir. Futbol möcüzə ilə dolu olan bir oyundur. Azərbaycan millisindən hər zaman möcüzə gözləməliyik. Hər bir seçmə mərhələ millimizin bir möcüzəsiylə yadda qalır.
- Bəs, şanslarımızı necə dəyərləndirirsiniz?
- Real yanaşsaq, mən 50 faiz Rusiyanın qalibiyyətinə, 40 faiz heç-heçəyə, 10 faiz isə Azərbaycanın qələbəsinə inanıram.
Əli HƏYATİ
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı