Hazırda müalicə olunan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına müsahibə verib.
- Böyükağa müəllim, özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha, yaxşı hiss edirəm. Moskvada əməliyyat olunduqdan sonra səhhətimdə müsbətə doğru böyük dəyişiklik baş verdi. Müalicəmin yüksək səviyyədə təşkili klub prezidenti Sadıq Sadıqovun qayğısı sayəsində oldu. Hər gün klub nümayəndələri gəlib baş çəkirlər. Hər kəsə minnətdaram. İndi palata şəraitində müalicə olunuram. Həkimlər bərpa prosesini uğurla keçdiyimi deyirlər. Yəqin bu həftənin sonuna kimi evə buraxılacam və komandanın yanında olacam.
- Avrokubok oyunlarında komandanın yanında ola bilmədiniz. "Neftçi"inin göstərdiyi oyun sizi qane etdimi?
- "Zestafoni" ilə qarşılaşmada komandamız yaxşı təsir bağışlamışdı. Bu rəqibə qarşı Avstriyada olarkən hazırlaşmışdıq. Orada Gürcüstan komandasının oyununu da canlı izləmişdik və qeydlərimizi aparmışdıq. "Hapoel"lə qarşılaşmada isə ilk 35 dəqiqədə istədiyimiz futbolu oynadıq. Bundan sonra müdafiədə kobud səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Cavab oyununda isə bu məğlubiyyətin əvəzini çıxmaq çox çətin idi.
- Komandanız Avroliqa turnirinin "play-off" mərhələsində Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Bu rəqib haqqında nə deyə bilərsiniz?
- Rəqibimiz təcrübəli futbolçulardan qurulub. Ötən mövsüm Çempionlar Liqasında 1/4 final mərhələsinə qədər irəlilədilər və "Real" (Madrid) kimi güclü kluba məğlub olaraq mübarizəni dayandırdılar. APOEL-in oyunlarının videoyazısını izləyirəm və bu barədə məşqçilərlə söhbətimiz olub. Həkimlər icazə vermirlər deyə bu qarşılaşmalarda komandanın yanında ola bilməyəcəm, amma ürəyim onlarla birgədir.
- Kipr klubuna qarşı ilk matçımızı evdə keçirəcəyik. Azarkeş dəstəyi "Neftçi"nin uğurunda böyük rol oynaya bilər...
- Mən inanıram ki, azarkeşlər APOEL ilə qarşılaşmada komandamızı tək qoymayacaq. "Zestafoni" ilə görüşdə futbolsevərlər arenanı doldurmuşdu. İnanıram ki, bu dəfə də belə olacaq. Bütün azarkeşləri stadiona dəvət edirəm. Qoy gəlsinlər və dəstək olsunlar. Rəqibin kimliyindən asılı olmayaraq "Neftçi" meydana qələbə üçün çıxacaq.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Azərbaycan millisi 1/8 final matçına çıxır
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir