Arda Güler yenə fərqlənməyi bacardı

Arda Güler yenə fərqlənməyi bacardı
DÜNYA FUTBOLU 31 May 2026 / 22:00 7564
-  A +

2025/2026 mövsümünün nəticələrinə əsasən UEFA Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu bəlli olub.

QOL.az xəbər verir ki, bu ada "Real"ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler layiq görülüb. Futbolçu Çempionlar Liqasının geridə qalan mövsümündə Madrid təmsilçisinin heyətində ümumilikdə 14 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə "kral klubu"nun heyətində isə bütün turnirlər daxil olmaqla 51 oyunda meydana çıxıb, 6 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, yarımmüdafiəçinin "Real"la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner