Premyer Liqanın ən uğurlu transferi seçildi

Premyer Liqanın ən uğurlu transferi seçildi
DÜNYA FUTBOLU 1 İyun 2026 / 18:56 506
-  A +

"Mançester Yunayted"in qapıçısı Senne Lammens İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı transferi seçilib.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 23 yaşlı belçikalı qolkiper ötən il 18.2 milyon funt sterlinq qarşılığında "Antverpen" klubundan "qırmızı şeytanlar"ın heyətinə cəlb olunub.

Məlumata görə, Lammens yeni komandasında debütünü yalnız Premyer Liqanın 7-ci turunda, doğma meydanda "Sanderlend"ə qarşı matçda reallaşdırıb. Belçikalı qolkiper geridə qalan mövsümdə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 32 matça çıxıb. Bu oyunlarda komanda 18 qələbə qazanıb, 10 heç-heçə və 4 məğlubiyyətlə üzləşib. 

Lammens mövsüm boyu qapısına yönələn zərbələrdən 79 qurtarış etməklə yadda qalıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


Son xəbərlər
topaz banner