Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu 

Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu 
DÜNYA FUTBOLU 1 İyun 2026 / 14:34 6226
-  A +

İtaliyalı mütəxəssis Davide Ançelotti “Lill” klubunun yeni baş məşqçisi təyin edilib.

QOL.az xəbər verir ki, bu haqda Fransa klubunun yaydığı açıqlamada bildirilib.

D.Ançelotti hazırda Braziliya millisinin baş məşqçisi olan Karlo Ançelottinin oğludur.

36 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb. O, son illərdə "Bavariya", "Napoli", "Everton", "Real" (Madrid) və Braziliya millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib. 2025-ci ildə isə oğul Ançellotti "Botafoqo"nun (Braziliya) baş məşqçisi təyin edilib və cəmi 5 ay sonra istefaya göndərilib.

Qeyd edək ki, “Lill” 2025/2026 mövsümünü Fransa Liqa 1-də 3-cü pillədə başa vurub. Komanda bununla UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinə vəsiqə qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner