Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib

Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
DÇ-2026 1 İyun 2026 / 23:24 12787
-  A +

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirib.

QOL.az-ın xəbərinə görə, "ay-ulduzlular"ın rəqibi Şimali Makedoniya komandası olub. İstanbulda "Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşma Türkiyə millisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Qollları Orkun Kökçü (1-ci dəq.), Can Uzun (15), Deniz Gül (52) və Barış Alper Yılmaz (69) vurublar.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda Venesuela millisi ilə üz-üzə gələcək (7 iyun).

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır