Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu

Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
ÖLKƏ FUTBOLU 1 İyun 2026 / 01:20 240
-  A +

Azərbaycanlı millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.

QOL.az xəbər verir ki, komanda sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.

Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü mövsümdür çempion olur. Zamiq son iki çempionluğun iştirakçısıdır.


Son xəbərlər
topaz banner