Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı

Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
GÜLƏŞ 1 İyun 2026 / 16:04 710
-  A +

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.

QOL.az xəbər verir ki, 80 kq-da ölkəmizi təmsil edən iki güləşçimiz fəxri kürsüyə qalxıb.

Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.

İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.

Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır