"Liverpul"un yeni baş məşqçisi bilindi

"Liverpul"un yeni baş məşqçisi bilindi
DÜNYA FUTBOLU 1 İyun 2026 / 12:36 605
-  A +

“Liverpul”un yeni baş məşqçisi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin iddiasına görə, Mersisayd klubunun yeni çalışdırıcısı ispaniyalı mütəxəssis Andoni İraola olacaq.

O, tərəflər arasında danışıqların qısa müddətdə yekunlaşmasının gözlənildiyini bildirib. 

43 yaşlı mütəxəssisin son klubu "Bornmut" olub. O, cari mövsümün sonunda komandadan ayrılıb. İraolanın rəhbərliyi altında “Bornmut” 57 xal toplayaraq İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vurub. "Liverpul" isə 60 xalla 5-ci yeri tutub. 

Qeyd edək ki, “Liverpul” bir müddət əvvəl baş məşqçi Arne Slot ilə yollarını ayırıb.


Son xəbərlər
topaz banner