Sentyabrın 7-də son dünya və Avropa çempionu İspaniya millisinin Səudiyyə Ərəbistanı ilə keçirəcəyi oyuna təyinat alan azərbaycanlı FİFA referisi Anar Salmanov Qol.Az-a müsahibə verib.
- İspaniya millisinin oyununa təyinat aldın. İlk reaksiyan necə oldu?
- Nə deyə bilərəm, dünya, Avropa çempionlarıdır. Əlbəttə çox xoşdur və çox şadam ki, bizə bu cür etimad var. Bunu tək Anar Salmanovun uğuru kimi qəbul etmək lazım deyil. Bu, hamımızın uğurudur: AFFA-nın, PFL-in, Hakimlər Komitəsinin, sizlərin. Həqiqətən çox sevindirici və qürurverici bir hissdir.
- Dünya ulduzlarının oyununu idarə edəcəksən. Yəqin ki, xüsusi hazırlaşacaqsan...
- Yox, mən sizə deyim ki, adi qaydada hazırlaşacağam. Hakim üçün bütün oyunlar eynidir, bütün oyunlara eyni məsuliyyətlə çıxmalıdır. Odur ki, Azərbaycan Premyer Liqasına necə hazırlaşıram, İspaniyanın oyununa da o cür hazırlaşacam.
- Bu təyinat onu deməyə əsas verir ki, bundan əvvəlki oyunları da yüksək səviyyədə idarə etmisən?
- Bilirsiniz, hər şey özümüzdən asılıdır. Necə deyırlər, bu meydan, bu şeytan. Çıxıb özünü göstərməlisən. Yaxşı idarə etsən, təyinat da gələcək. Bildiyiniz kimi, bundan əvvəl Avropa Liqasında “Hannover”in oyununu idarə etmişdim. Həmin oyundan sonra hakim-inspektor yaxınlaşıb demişdi ki, sizin haqqınızda UEFA-ya yüksək fikirlər söyləyəcəyəm. Deməli, bizə inam var. Yeri gəlmişkən, UEFA Hakimlər Komitəsinin sədri də ispandır.
- Az öncə qeyd etdiyimiz kimi, dünya səviyyəli ulduzların oyununu idarə edəcəksən. Bu barədə hər hansı bir həyəcan yoxdur ki?
- Heç bir həyəcan yoxdur. Məsuliyyət var və bu təbii, olmalıdır. Ancaq ulduz futbolçunun oyununu idarə edəcəm deyə, vərəqə göstərməkdə çəkinmək filan, belə şey yoxdur və ola da bilməz. İspaniya yığmasının ulduzlarından qətiyyən çəkinmirəm. Qaydalar hamı üçün eynidir. Ulduz futbolçu belə, onu pozursa, cəzasını almalıdır. Bir də bilirsiniz, biz orda bütün Azərbaycanı təmsil edirik bunu da unutmaq olmaz. İnanın ki, “Hanovver”lə oyunda elan edəndə ki, hakim Azərbaycandandı tüklərim biz-biz oldu.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"