Bakının “Neftçi” klubunun sabiq futbolçusu, 1995-ci ildə UEFA-nın o vaxtkı Kuboklar kuboku yarışında Kiprin “Apoel” klubuna qarşı oyunlarda iştirak edən Mirbağır İsayev Qol.Az-ın suallarını cavablandırıb
- 17 illik fasilədən sonra “Neftçi” yenə avrokuboklarda Cənubi Kiprin “Apoel” klubu ilə qarşılaçacaq. 1995-ci ildəki oyunun iştirakçılarından biri kimi, həmin qarşılaşmanı necə xatırlayırsınız?
- Yadımdadır, ilk oyunu səfərdə keçirmişdik. Çox ağır görüş olmuşdu və yekunda 0:3 hesabıyla uduzmuşduq. Mən özüm ilk 45 dəqiqədə meydançada oldum, sonra fiziki hazırlığıma görə baş məşqçi Vaqif Sadıqov məni əvəzlədi.
- Böyükhesablı məğlubiyyətə nə səbəb oldu?
- Bilirsiniz, o vaxt dövlət olaraq yeni-yeni müstəqillik qazanmışdıq, futbolumuzda da hər şey sıfırdan başlayırdı, avrokuboklarda debüt edirdik. Yəni, tam fərqli dövr idi. Futbolumuzda indiki kimi şərait yox idi. Ən əsası beynəlxalq təcrübə söhbəti var idi. “Apoel” o dövrə kimi dəfələrlə avrokuboklarda oynamışdı. Ancaq biz ilk dəfə idi qitə miqyaslı yarışda oynayırdıq. Peşəkar klub anlamında bizdə çatışmayan çox şey var idi. Şəxsən mənim 21 yaşım var idi, U-21-in üzvü idim. U-21 isə ölkədəki qeyri-sabit vəziyyət ucbatından, əsas milli komanda kimi ev oyunlarını Türkiyədə keçirirdi. Problemlər, çətinliklər çox idi.
- O vaxtı oyuna hansı şəraitdə getmişdiniz?
- Bu barədə problem olmamışdı. O vaxtkı prezidentimiz, “Riad” firmasının sahibi rəhmətlik Rasim Rəfiyev öz şəxsi təyyarəsi ilə komandanı Cənubi Kiprə aparmışdı.
- Vaqif Sadıqov deyir ki, sizə qarşı çox böyük təzyiqlər olub. Bu təzyiqlər konkret nədən ibarət idi?
- Təzyiqlər doğrudan da çox idi. Elə Cənubi Kiprə ayaq basan andan kobud münasibətlə üzləşdik. Üstümüzə qışqırır, qeyri-etik ifadələr işlədirdilər. Ən əsası da oyun vaxtı stadionda Türkiyə bayrağının yandırılması bizi mənən sındırdı.
- Necə düşünürsünüz, bu dəfə “Neftçi” “Apoel” səddini keçə biləcək?
- Çox şükür ki, artıq həmin dövr deyil. Futbolumuz maddi-texniki baza məsələsində xeyli inkişaf edib. Məsələn, mən iddia edərdim ki, bu gün “Neftçi” büdcəsinə, şəraitinə görə “Apoel”dən üstündü. İlk növbədə arzu edirəm ki, “Neftçi” qalib gəlsin və 17 il bundan əvvəlki məğlubiyyətin qisasını alsın. Hamımız arzulayırıq və istəyirik ki, avrokuboklardakı yeganə təmsilçimiz olaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansınlar. Artıq orada tək “Neftçi” yox, bütün Azərbaycanın adı gedəcək. Təbii, bizdən asılı olan şey arzulamaq və dəstəkləməkdi. Sonrası futbolçuların üzərinə düşür.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"