Azərbaycan millisinin sabiq müdafiəçisi Deni Qaysumov Qol.Az-a müsahibə verib
- Hazırda nə işlə məşğulsunuz?
- Futboldan tamam kənar bir sahədə çalışıram.
- Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz?
- 2000-ci ildə.
- Ümumiyyətlə, Azərbaycanla, Azərbaycan futbolu ilə əlaqələriniz var?
- Əlbəttə ki, əlaqələrim var. Azərbaycan futbolu ilə də mütəmaddi olaraq, maraqlanıram. Ancaq əlaqə ancaq telefon vasitəsi ilə mümkün olur. Oraya getməyə imkan olmadığından dostlarla görüşmək də mümkün olmur.
- Bəs, Azərbaycan yığmasının, klublarının oyunlarını izləyirsiniz?
- Azərbaycan millisinin bütün oyunları ilə maraqlanıram və izləyirəm. Həmçinin də Azərbaycan klublarının avrokuboklardakı çıxışlarını.
- Sizin milli komandada oynadığınız dönəmdə indiki kimi şərait yox idi. İndi isə bütün şərait var, amma yenə də nəticə yoxdur. Bunun səbəbini nədə görürsünüz?
- Elədir, bizim dövrümüzdə milli komandaya münasibət tamam başqa cür idi. Bunu siz də bilirsiniz, əlavə sözə ehtiyac yoxdur. Bir sözlə, çox çətin idi o şəraitdə oynamaq. Amma vətənpərvərlik hissi daha çox idi. O ki qaldı hazırkı duruma, düzü, çətinlik çəkirəm cavab verməyə. Ancaq şərait, diqqət, qayğı varsa, nəticə də olmalıdır.
- “Neftçi”nin Çempionlar Liqasındakı son məğlubiyyətindən xəbəriniz oldu?
- Bəli.
- 0:4 hesablı məğlubiyyət haqqında siz nə deyə bilərsiniz?
- Çox acı nəticə oldu. “Neftçi” bu cür hesabla uduzmamalıydı.
- Bəs, “Bakı”, “Xəzər Lənkəran” və “İnter”in çıxışları haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, adlarını çəkdiyiniz bütün klubların azarkeşlərinə səbr arzulayıram. Bir qədər səbr etmək lazımdır, bütün yaxşı nəticələr olacaq. İldən ilə avrokuboklardakı nəticələr yaxşılaşacaq. Hiss olunur ki, klub rəhbərləri futbola böyük sərmayələr qoyurlar.
- Millidəki keçmiş komanda yoldaşlarından Tərlan Əhmədovla Yunis Hüseynov hazırda “Neftçi”də və “Xəzər Lənkəran” çalışırlar. Onların məşqçi kimi potensialını necə görürsünüz?
- Mən bu sahədə çalışan bütün keçmiş komanda yoldaşlarımın hamısına məşqçilik fəaliyyətlərində uğurlar arzulayıram. Bilirəm ki, onlar üçün çox çətin olacaq. Ancaq çox istərdim ki, bizim keçmiş milli üzvlərindən biri milli komandanın başına keçsin və uğurlu nəticələrə imz atsım.
- Maraqlıdır, sizin Azərbaycan millisinə gəlişiniz necə olmuşdu, kim dəvət etmişdi?
- Mənə ilk dəfə təklif 1995-ci ildə, Moskvada olarkən millinin o vaxtkı baş məşqçisi Kazbek Tuayevlə, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev tərəfindən gəlmişdi. Ümumiyyətlə, o dövrlə bağlı yalnız xoş xatirələr danışa bilərəm. Ətrafımda gözəl insanlar var idi. İndi də sizin vasitənizlə həmin insanlara can sağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıram.
- Bilirik ki, milliyyətcə osetinsiniz və Azərbaycan millisində milliləşdirilmiş futbolçu kimi çıxış etmisiniz. Hazırda da millimizdə kifayət qədər milliləşdirilmiş legioner çıxış edir. Buna münasibətiniz necədir?
- Əgər legioner dəvət olunursa, gərək səviyyəli olsun və milliyə xeyir versin. Həmin futbolçu elə olmalıdır ki, yerlilər ondan baxıb nəsə öyrənə bilsinlər.
- Hazırda Azərbaycan millisində Vladimir Levin, Aleksandr Çertoqanov kimi milliləşdirilmiş futbolçular var, hansı ki, 7 ildir Azərbaycanda yaşayırlar, futbol oynayırlar, amma Azərbaycan dilini, himnini öyrənmirlər. Heç öyrənmək fikirləri, istəkləri də yoxdur. Sizin dövrünüzdə necə idi? Məsələn, siz özünüz Azərbaycan dilini və himnini bilirdiniz?
- Əgər həmin vaxt mən daimi olaraq, Azərbaycanda yaşasaydım və futbol oynasaydım, dilinizi də öyrənərdim. Ancaq bizim dövrümüzdə millidə çıxış edən futbolçuların hamısı rus dilində sərbəst danışırdı və ünsiyyətdə heç bir problem yox idi. Həm də həmin dövr millidə gəlmələrin də sayı indiki qədər çox deyildi.
- Necə düşünürsünüz, Berti Foqts Azərbaycan millisi üçün düzgün seçimdi?
- Ümid edirəm ki, milli komanda Berti Foqtsun rəhbərliyi altında bu mövsüm seçmə mərhələdə daha yaxşı nəticə göstərəcək. Ancaq mənim fikrimcə, Azərbaycan millisinin başında yerli məşqçi dayanmalıdır.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu