Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-ya hazırlıq çərçivəsində Şimali Makedoniya ilə yoxlama matçında qazandıqları 4:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, italiyalı mütəxəssis həm oyundan, həm də nəticədən razı qaldığını bildirib:
“Oyundan və nəticədən çox məmnunam. Meydana ciddi şəkildə çıxdıq və öz oyunumuzu göstərdik. Az şans qazanan futbolçuları görmək imkanımız oldu. Qapımızdan qol buraxmadan qalib gəlməyimiz də sevindiricidir”.
Montella azarkeşlərə də müraciət edib: “Türk xalqına mesajım budur ki, enerjimiz yüksək səviyyədədir. Hamını qürurlandırmaq, millətimizi sevindirmək istəyirik. Meydanda ürəyimizlə mübarizə aparacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
O, gənc futbolçuların çıxışını da yüksək qiymətləndirib: “Can Uzun, Aral Şimşir və Deniz Gülün oyunundan razıyam. Onların belə oynaya biləcəyini bilirdik. Milli komandaya uyğunlaşırlar. Biz yalnız bu günü yox, gələcəyi də düşünürük. Can Uzunu 2-ci liqada çıxış edəndə də milliyə çağırmışdım. Kenan Yıldız da “Yuventus”un ikinci komandasında oynayanda burada idi. Gənclərin milliyə cəlb olunması çox vacibdir. Can Uzuna və Deniz Gülə inanıram. İnanmasaydım, burada olmazdılar”.
Montella bəzi aparıcı oyunçuların fiziki durumuna da toxunub: “Kenan Yıldız, Hakan Çalhanoğlu, Arda Gülər və Kerem Aktürkoğlu kimi futbolçular oyun ritmini bərpa etməlidir. Arda vacib 30 dəqiqə oynadı. Ferdi Kadıoğlu isə yüngül zədə ilə düşərgəyə qoşulub və hələ məşqlərə başlamayıb. İlk matça qədər vaxtımız var. Onları mümkün qədər ideal vəziyyətə çatdırmağa çalışacağıq”.
Baş məşqçi komandadan ayrılıb “Fənərbaxça”ya keçəcəyi ilə bağlı iddialara da münasibət bildirib:
“Bu mövzuda danışmaq belə istəmirəm. Bütün enerjim və sevgim milli komandaya yönəlib. Menecerimə də demişəm ki, kimsə zəng etsə, mənə çatdırmasın. Hazırda bütün diqqətim buradadır”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi