AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az-a müsahibə verib.
- Yeni mövsümün ilk turunda “Sumqayıt” - AZAL matçını izlədiniz. Hakimliyin səviyyəsi sizi qane etdi?
- Düşünürəm ki, birinci tur üçün yaxşı idi. Nəzərə alaq ki, komandalar kimi, hakimlər də ilk turlardan başlayaraq tədricən açılışırlar, oyundan-oyuna daha da artırırlar, çempionata uyğunlaşırlar. Bir şeyi də unutmayaq ki, hakimlərimiz bu yay toplanışında o qədər də çox oyun idarə etməyiblər. Konkret “Sumqayıt” - AZAL oyunu haqqında onu deyə bilərəm ki, heç kimin hakim idarəçiliyindən narazılıq etməyə haqqı yox idi.
- Baş hakim Anar Salmanov göstərdiyi vərəqələrdə nə dərəcədə haqlı idi?
- Hesab edirəm ki, göstərilən bütün vərəqələr düzgün idi. Çünki həm kobud oyun var idi, həm də hakimin qərarına etiraz.
- Sloveniya toplanışından sonra sizinlə görüşməmişdik. Yeri gəlmişkən, sizi razı və narazı salan məqamlar nə oldu?
- Toplanış plan üzrə getdi. Daha çox hakimlərimizin fiziki hazırlığı üzərində çalışdıq ki, bu gün Salmanovun da timsalında bunun nəticəsini gördük. Gündə 3 dəfə məşq edirdilər. Nəzəri məşğələlərə də xüsusi yer ayırırdıq. Ancaq yuxarıda qeyd etdiyim kimi, oyunların sayı az oldu. Lakin bunun da hardasa bir müsbət tərəfi oldu ki, daha çox qaydalar üzərində nəzəri məşğələlər aparmaq imkanımız da oldu. Hesab edirəm ki, çempionatın gedişində bu da öz bəhrəsini verməlidi. Bundan başqa, təcrübəli hakimlərimizin hazırlığı çox xoşuma gəldi. İstər Vüsal Əliyev, istər Munis Abdullayev, istər Elman Musayev öz hazırlıqlarına görə nəinki gənclərdən geri qalmırdılar, hətta onları üstələyirdilər ki, bu da məni çox sevindirirdi. Gənclər də çox yaxşı hazırlıq keçdilər. Özü də bu dəfə hazırlığa daha çox gənc aparmışdıq. Bilirsiniz, deyim ki, hər şey əladı, çempionatda səhv etməyəcəklər, bu yalan olan. Səhv həmişə olub, var və bundan sonra da olacaq. Biz, sadəcə, çalışırıq ki, bu səhvlər az, ən əsası, qərəzsiz olsun.
- Bu mövsüm yeni adlar görə biləcəyik?
- Görə biləcəyik. Amma söz vermirəm ki, bu, yanvara qədər olacaq. Yanvara qədər həmin hakimləri hazırlayacağıq, I divizion oyunlarına təyin edəcəyik, müəyyən sınaqlardan keçirdikdən sonra yəqin ki, növbəti ildə Premyer Liqada görəcəyik.
- Klubların narazılığı yəqin ki, olacaq. Çünki bunsuz çempionatı təsəvvür eləmirik. Hakimlər Komitəsi olaraq, bu narazılıqlara qarşı özünüzü necə hazırlayırsınız?
- Buna hazırlaşmırıq və bunu klubların öz vicdanına buraxırıq. Yaxşı olar ki, onlar daha çox oyunlarda buraxdıqları səhvləri müzakirə etsinlər, nəinki hakimliyi. Mümkün səhvləri də qəbul etməliyik. Ümumiyyətlə, ictimaiyyət bunu qəbul etməlidir ki, hakim səhvləri həmişə olub, bundan sonra da olacaq. Elə “Sumqayıt”-AZAL oyununda da Anar Salmanovun hər iki tərəfin əleyhinə səhvləri oldu. Ancaq əsas odur ki, bu səhvlər qərəzli deyildi və oyunun nəticəsinə təsir etmədi.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu