Bu gün növbəti Azərbaycan Premyer Liqası start götürür. İlk tur çərçivəsində sabah “Rəvan” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək . Oyun ərəfəsində paytaxt təmsilçisinin baş məşqçisi Cavad Gülər Qol.Az saytının suallarını cavablandırıb
- Komandanızda son durum necədir?
- Bildiyiniz kimi, mən “Rəvan”a yeni gəlmişəm. Komanda 5-6 həftədir hazırlığa başlayıb. Bu, yetərli olmasa da, komandada həm fiziki, həm də taktiki cəhətdən irəliləyiş var. Hər ötən gün daha da yaxşı olacaq. Bunun üçün əlimizdən gələni edirik.
- Futbolçularınızdan istədiyinizi ala bilirsinizmi?
- Məşqçilər heç bir zaman futbolçularından istədiyini tam olaraq ala bilməz. Yəni daha artığını istəyər. Futbolçularımızın hər biri özlərini yaxşı tərəfdən göstərməkdən ötrü əlindən gələni etməyə çalışır.
- Klub rəhbərliyi yeni mövsüm üçün qarşınıza hansı hədəfləri qoyub?
- Rəhbərlik səviyyəsində hansısa basqı altında olmayacağıq. Məqsədimiz hər bir oyuna qələbə qazanmaqdır. Gücümüz çatdığı qədər çox xal toplayıb daha üst pillələrdə yer tutmağa çalışacağıq. Bu ilk altılıq, ilk 3-lük, hətta birinci yer də ola bilər. Əmin ola bilərsiniz ki, bu dəfə ötənilkilərdən daha güclü “Rəvan” görəcəksiniz.
- İlk turda “Xəzər Lənkaran”ı qəbul edəcəksiniz. Bu oyun və rəqibiniz barəsində nə deyə bilərsiniz?
- “Xəzər Lənkəran”ın Avropa Liqasındakı oyunlarını izləmişəm. Köməkçilərimlə bərabər rəqibin oyununu təhlil etmişik. Ötən mövsüm Azərbaycanda ikinci yeri tutublar. Bu isə onların güclü olmasından xəbər verir. Heyət olaraq bizdən daha güclü komandadır. Amma hər zaman daha güclülər qalib gələ bilmir. Oyuna ciddi hazırlaşırıq. Çalışacağıq, ilk oyunda qələbə qazanaq.
- Mətbuata açıqlamanızda komandanın büdcəsinin artırılmasıyla bağlı klubun prezdenti ilə söhbət edəcəyinizi bildirmişdiniz...
- Mən özəl olaraq belə bir istəkdə bulunmamışam. Rəhbərlik ötən ilkinə nisbətən büdcəni artırmaq barədə qərar qəbul etdi. Ola bilsin, qış fasiləsi zamanı daha da artım olsun. Bu, bizim qarşıdakı oyunlarımızdan asılı ola bilər.
- Siz uzun illər “Qalatasaray”da da məşqçi olaraq çalışmısınız. Qarşıdakı zamanda “Rəvan”da “Qalatasaray”ın oyun üslubunu görə bilərikmi?
- Bu, asan iş deyil. “Qalatasaray” həmin oyunu sahib olmaq üçün düz dörd il - 1996-2000-ci illər - çalışdı. Amma zaman keçdikçə, tədricən bunu etmək üçün əlimdən gələni edəcəyəm. Azərbaycan məni, mən də Azərbaycanı sevib birlikdə çalışarıqsa, bunu edə bilərik.
Şükür CAVAD
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"