“Neftçi”nin və “İnter”in estoniyalı sabiq futbolçusu Dmitri Kruqlov Qol.Az-a müsahibə verib.
- Azərbaycan klublarının avrokuboklardakı çıxışını izləyirsən?
- Təbii ki, məlumatım var. Hər necə olsa 3 il orada futbol oynamışam.
- Builki iştirakçılardan ikisi sənin sabiq klublarındır. “İnter” məğlub olsa da, “Neftçi” yoluna davam edir...
- “İnter”in məğlubiyyətindən xəbərim var. Oyunsonrası penaltilərlə uduzdular. Məncə, “Asteras” keçiləsi rəqib idi.
- Səncə, “İnter”ə nə mane oldu?
- Bunu deməkdə çətinlik çəkirəm. Siz bu sualı baş məşqçiyə verin.
- Sən özün də bu həyəcanı yaşamısan. 2010-cu ildə Çempionlar Liqasında “Lex”lə oyun yəqin ki yadındadır...
- Əlbəttə yadımdadır. Fantastik bir oyun olmuşdu. “Lex”lə “Asteras”ı eyniləşdirmək düz deyil. Polşa klubu kifayət qədər səviyyəli və güclü komanda idi. Həmin vaxt da cütün taleyi oyunsonrası penaltilərlə həll olunmuşdu.
- Sən də daxil olmaqla, bir çox futbolçu onda penaltini daha dəqiq yerinə yetirmişdi. Ancaq debütant “Asteras”la qarşılaşmada bu, çatmadı.
- Penalti elə şeydir ki, burada psixoloji hazırlıqdan çox şey asılıdır. Gərək nöqtəyə tam hazır olan futbolçu yaxınlaşsın. Biz o vaxtı çox soyuqqanlı oynamışdıq. Görünür, bu dəfə bu soyuqqanlılıq çatmadı və “İnter” mübarizəni dayandırdı.
- Bu gün isə başqa bir sabiq klubun “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində İsraildə “Hapoel”lə qarşılaşır. Paytaxt klubunun şansını necə görürsən?
- “Neftçi” mənə doğma klubdu. Azərbaycanda ilk çıxış etdiyim klub olub. Təbii ki, onların qələbəsini çox istəyirəm. Ancaq çox çətin olacaq. Çünki İsrail futbolu son illər xeyli inkişaf edib.
- Sabiq komandana nə məsləhət görərdin?
- İlk növbədə soyuqqanlı və təmkinli oynamaq lazımdır. “Neftçi” start həyəcanını boğa bilsə, ən azı heç-heçə edəcək. Əgər ilk hissədə qapısını toxunulmaz saxlamağı bacarsa, o zaman məncə, qələbə də qazana bilər. Bir daha “Neftçi”yə bugünkü oyunda uğurlar arzulayıram.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?