“Qəbələ” klubunun baş meneceri Zaur Əzizovun Qol.Az saytına müsahibəsi
- Klub rəsmisi kimi, komandanızın təlim-məşq toplanışının yüksək səviyyədə təşkil olunduğunu deyə bilərsiniz?
- Biz baş məşqçinin istəyinə uyğun olaraq, komanda üçün şərait yaratdıq. Fatih Kavlakla komandanın durumuyla bağlı mütamadi söhbət edirik. Bu mənada hər şeyn öz qaydasında getdiyini söyləyə bilərəm.
- Yay transfer pəncərəsi dövründən “Qəbələ” yə cəlb edilən futbolçuların səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Çox şadıq ki, baş məşqçinin istəyinə uyğun olan, futbolçuları heyətə cəlb edı bildik. Bundan başqa, may ayının əvvələrindən planlaşdırdığımız 1-2 futbolçunun tranferini də gerçəkləşdirmək istəyirdik. Lakin bu istəyimiz baş tutmadı. Ümümilikdə isə, baş məşqçinin bizə verdiyi siyahıya uyğun transferlər həyata keçirildi. Fikrimcə, etdiyimiz transferlər uğurludur. İnanıram ki, çempionatın gedişində bunun şahıdı olacağıq.
- Yəni, komandanı tam komplektləşmiş saymaq olar.
- Bəli, mən düşünürəm ki, bundan artığına hələlik ehtiyac yoxdur. Qeyd etdiyim kimi, 1-2 futbolçunu heyətimizə qata bilmədik, amma əvəzində alternativ transferləri həyata keçirdik.
- Çempionatın startına bir həftədən də az vaxt qalıb. Keçən mövsümdən fərqli olaraq, “Qəbələ”nin bu dəfəki məqsədi nə olacaq, Avroliqaya vəsiqə yoxsa, konkret çempionluq?
- Sözsüz ki, heyətimiz çempionluğa hesablanıb. Müqavilə bağladığımız futbolçuların adı, səviyyəsi də bunu deməyə əsas verir. Əminəm ki, aldığımız yeni futbolçular, gedənlərdən daha güclüdür. Belə olan halda təbii ki, çempionluq haqda düşünməliyik.
- Deyilənə görə, “Xəzər Lənkəran”dan ayrılan Kamran Ağayevi “Qəbələ”yə cəlb etmək istəyirsiniz. Bu nə dərəcədə düzgün məlumatdır?
- Kamran Ağayev təbii ki, ölkənin bir nömrəli qapçısı hesab olunur. Lakin biz inandığımız və ümüd bəslədiyimiz qapçını aldığımızdan, Kamrana ehtiyac duymadıq. Əgər may və ya, iyun ayının əvvəlində Kamran sərbəst futbolçu olsaydı, bir neçə klub onunla müqavilə imzalamaq üçün mübarizə aparardı.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi