Avqustun 1-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Hapoel”lə qarşılaşacaq “Neftçi” bu gün səhər İsrailə yola düşüb. Səfərə getməzdən əvvək paytaxt klubunun qapıçısı Rauf Mehdiyev Qol.Az saytının suallarını cavablandırıb
- Rəqibin güclü olması sizi narahat etmirki?
- “Hapoel” güclü klublardan biridir ki, bunu da normal qəbul etmək lazımdır. Çünki Çempionlar Liqasında zəif komandalar olmur. Necə deyərlər, bizim üçün çox çətin olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, vətənə yaxşı nəticəylə qayıdaq.
- Yəqin ki, İsrail təmsilçisinin Çempionlar Liqasında “Jilina”yla oyununun videoyazısına baxmısınız. “Hapoel” 90 dəqiqə ərzində Slovakiya klubunu təzyiq altında saxlayır, ard-arda hücumlar edir...
- Bu görüşü izləmişəm. İsrail komandası evdə daha çox pressinq edərək rəqibi təlaş içində saxlamağı sevir. Təkrar görüşdə “Hapoel” “Jilina”nı demək olar ki, hücum etməyə qoymadı. Bu, bir daha sübut edir ki, İsrail futbolu yüksəlişdədir.
- Rəqibinizin ev komandası olması fikriylə razısan?
- Onlar məhz evdə yaxşı nəticə göstərərək, mərhələ adlamağı bacardılar. Lakin biz də çalışacağıq ki, “Hapoel”ə rahat oynamağa şərait yaratmayaq.
- Belə düşünmək olarmı ki, “Neftçi” səfər matçında daha çox müdafiəyə qapanacaq?
- İlk növbədə qol buraxmamaq istəyirik. Əsas məqsədimiz budur. Lakin deməzdim ki, komanda tam olaraq, özünə qapanacaq. Çalışacağıq ki, bizə verilən taktikanı yerinə yetirib, öz futbolumuzu oynayaq. Həm hücum, həm də müdafiədə diqqəli çıxış etməliyik.
- Amma unutmayaq ki, Azərbaycan klubları üçün İsrail sindromu mövcuddur.
- Mən belə şeylərə fikir vermirən. Çünki heç kim, o cümlədən “Hapoel” keçilməz komanda deyil. Əgər öz oyumu ortaya qoysaq, bu sindromu qırmaq olar.
- Rəqibdə hansı özəlliklər sizi narahat edir?
- İsrail klubunun oyunu daha çox Qafqaz futboluna oxşayır. Top saxlamağı sevirlər. Cinahlardan deyil, mərkəzdən hücum qurmağa üstünlük verirlər.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi