Bu gün London Olimpiadasında akademik avarçəkənlərin 1/4 final mərhələsinə start verilib.
Qol.Az-ın məlumatına görə, təsnifat mərhələsini uğurla başa vuran Aleksandr Aleksandrov və Nataliya Mustafayeva yarımfinal uğrunda mübarizə aparıblar.
Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək Aleksandrovun rəqibləri də artıq bəllidir. İdmançımız Anderson Nosetti (Braziliya), Marsel Haker (Almaniya), Alan Kempbell (Böyük Britaniya), Patrik Lologer Salas (Meksika) və Donqyonq Kimlə (Cənubi Koreya) II qrupda yarışacaq. Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 15:10-da çıxıb.
Aleksandr 2000 metr məsafəyə gərgin mübarizədə finiş xəttinə üçüncü çatıb (6:56:35 saniyə). Bununla da o, yarımfinala vəsiqə əldə edib. Bu mərhələdə birinci yeri isə Britaniya idmançısı Kempell tutub.
N.Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) mübarizə aparıb. Təmsilçimizin rəqibləri isə Haruna Sakakibara (Yaponiya), Yeji Kim (Cənubi Koreya), Yekaterina Karsten (Belarus), Fie Udbi Eriçsen (Danimarka) və Kissya da Kosta (Braziliya) olublar. Nataliya isə start xəttinə Bakı vaxtı ilə saat 15:40-da çıxmalı idi. Lakin bu yarım saat gecikib və idmançımız start xəttinə 16:10-da çıxıb.
Nataliya 2000 metr məsafəyə yürüşü üçüncü pillədə başa vurub və bununla da, Aleksandr Aleksandrovun ardından o da yarımfinala vəsiqə qazanıb. Birinci pilləni isə danimarkalı Fie Udbi Eriçsen tutub.
Qeyd edək ki, bu mərhələdə ilk 3 yeri tutan yarımfinala, qalanları isə təsəlli yarışlarına vəsiqə qazanıblar.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?