"London-2012": Daha bir idmançımız mübarizəni dayandırdı (YENİLƏNİB)

"London-2012": Daha bir idmançımız mübarizəni dayandırdı (YENİLƏNİB)
LONDON-2012 29 İyul 2012 / 18:26 5491
-  A +

Bu gün XXX London Olimpiadasında veloşosse yarışlarına start verilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan bu idman növündə ilk dəfə təmsil olunur.

Ölkəmizi bu idman növündə Yelena Çalıx təmsil edir. 66 idmançının mübarizə aparacağı turnirdə 38 yaşlı velosipedçimiz 60-cı start nömrəsi ilə çıxış edib.

Qeyd edək ki, Y.Çalıxın yarışı isə Bakı vaxtı ilə saat 16:00-da başlayıb.


Olimpiadanın rəsmi saytının məlumatına əsasən, Yelena Çalıx mübarizəni vaxtından əvvəl dayandırıb. Bunun səbəbləri haqda hələlik məlumat verilməyib.

Daha çox


Son xəbərlər