"London-2012": 16 yaşlı idmançıdan dünya rekordu

"London-2012": 16 yaşlı idmançıdan dünya rekordu
LONDON-2012 29 İyul 2012 / 02:09 3518
-  A +

XXX London Yay Olimpiya Oyunlarında yeni dünya rekordu qırılıb.

Qol.Az-ın məlumatına görə, 16 yaşlı çinli üzgüçü Ye Şiven 400 metr məsafəyə fərdi yürüşdə bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Şiven 4,28.43 dəqiqə ilə qızıl medala yiyələnməklə yanaşı, yeni dünya rekordunu müəyyənləşdirib. Daha öncəki rekord isə "Pekin-2008"də 4,29.45 dəqiqəlik nəticə göstərən avstraliyalı üzgüçü Stefan Raysa məxsus idi.

Qeyd edək ki, yarışda amerikalı Elizabet Beysel 4,31.27 dəqiqə ilə ikinci, çinli Li Xuanxu isə 4,32.91-lik nəticə ilə üçüncü olub. 

Daha çox


Son xəbərlər