2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək akademik avarçəkənlərimiz və kanoeçilərimiz hazırlıq prosesinin son mərhələsinə qədəm qoyublar.
İdmançılarımız mayın əvvəllərindən Polşanın Ostroda şəhərindəki “Sokol” avarçəkmə klubunda təlim-məşq toplantısındadırlar.
Hazırlıq prosesi üçün məhz belə bir məkanın seçilməsinin səbəbi bu bazada iqlim şəraitinin London olimpiadasında avarçəkmə növləri üzrə yarışların keçiriləcəyi “Eton Dorney” Mərkəzindəki ilə oxşar olmasıdır. Kurort zonasındakı toplanışa təkcə olimpiadaya lisenziya qazanmış akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva, kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti qatılmayıb. Eyni zamanda yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında 12 – 15 iyulda Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan idmançılarımız da qatılıb. Onlar akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Rudiger Hauffe, onun köməkçisi Yuliana Stoyeva, kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov, onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında gərgin məşqlər edirlər.
Akademik avarçəkənlərimiz və kanoeçilərimiz olimpiadaya hazırlıq keçməklə bərabər Dünya Kubokunun mərhələlərində və 22 – 24 iyunda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında qüvvələrini sınayıblar. Onlar Londona elə təlim-məşq məkanından yollanacaqlar. Artıq olimpiadaya getmə tarixi də məlumdur. Akademik avarçəkənlərimiz iyulun 22-də, kanoeçilərimiz isə avqustun 2-də Böyük Britaniya paytaxtında olacaqlar.
Qeyd edək ki, kişi və qadın akademik avarçəkənlərimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Onlar mübarizəyə iyulun 28-də qoşulacaqlar. Kanoeçilərimizə gəldikdə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüş avqustun 7-də, 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüş isə iyulun 10-da olacaq.
Xəbər: Lent.az
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi