2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək akademik avarçəkənlərimiz və kanoeçilərimiz hazırlıq prosesinin son mərhələsinə qədəm qoyublar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, idmançılarımız mayın əvvəllərindən Polşanın Ostroda şəhərindəki “Sokol” avarçəkmə klubunda təlim-məşq toplanışındadırlar.
Hazırlıq prosesi üçün məhz belə bir məkanın seçilməsinin səbəbi bu bazada iqlim şəraitinin London olimpiadasında avarçəkmə növləri üzrə yarışların keçiriləcəyi “Eton Dorney” Mərkəzindəki ilə oxşar olmasıdır. Kurort zonasındakı toplanışa təkcə olimpiadaya lisenziya qazanmış akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva, kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti qatılmayıb.
Eyni zamanda yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında 12 – 15 iyulda Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan idmançılarımız da qatılıb. Onlar akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Rudiger Hauffe, onun köməkçisi Yuliana Stoyeva, kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov, onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında gərgin məşqlər edirlər.
Akademik avarçəkənlərimiz və kanoeçilərimiz olimpiadaya hazırlıq keçməklə bərabər Dünya Kubokunun mərhələlərində və 22 – 24 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında qüvvələrini sınayıblar. Onlar Londona elə təlim-məşq məkanından yollanacaqlar. Artıq olimpiadaya getmə tarixi də məlumdur. Akademik avarçəkənlərimiz iyulun 22-də, kanoeçilərimiz isə avqustun 2-də Böyük Britaniya paytaxtında olacaqlar.
Qeyd edək ki, kişi və qadın akademik avarçəkənlərimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Onlar mübarizəyə iyulun 28-də qoşulacaqlar. Kanoeçilərimizə gəldikdə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüş avqustun 7-də, 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüş isə iyulun 10-da olacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?