“Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Dünən Unibank Premyer Liqanın 29-cu turunda evdə “Bakı”ya 2:4 hesabıyla məğlub oldunuz. Amma coxları “Qarabağ”ın qələbə qazanacağını gözləyirdi..
- Biz də qalib gəlməyi çox istəyirdik. Sadəcə, oyun belə gətirdi ki, məğlub olduq. Bir komandayla bir həftədə iki görüş keçirmək çox çətin olur. Düzdü, bu mövsüm “Bakı”yla keçirdiyimiz dörd oyunun üçündə qələbə qazanmışdıq. Lakin son turda məğlubiyyət acısı yaşadıq.
- Belə böyükhesablı məğlub olmanızın səbəbini nədə görürsən?
- İlk qoldan sonra fərqlənmək üçün xeyli imkanlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Məncə, ilk topu biz vursaydıq, qələbəni “Qarabağ” qazanacaqdı. 1:2 hesabıyla geriyə düşdükdə hər kəs irəli atıldı. “Bakı” da bundan əks-hücumlarda yararlandı. Düşünürəm ki, belə böyükhesablı məğlub olmağımızın səbəbi elə budur. Tam şəkildə irəli atılmasaydıq, bəlkə də böyükhesabla uduzmazdıq. Lakin hücuma keçməyə məcbur idik.
- Qış fasiləsindən sonra “Qarabağ” qapısından ən az top buraxan komanda idi. Bu mənada, böyükhesablı məğlubiyyət yəqin sizin üçün də gözlənilməz oldu.
- Elədir. Sadəcə, ikinci qolu buraxdıqdan sonra komanda şəklində irəli atıldıq, bu zaman isə müdafiə xətti demək olar ki, boş qaldı. Ya qələbə qazanmalıydıq, ya da böyükhesabla uduzmalıydıq. Havanın isti olması da daha çox enerji sərf etməyimizə gətirib çıxardı. Bu da yorğunluğa səbəb oldu.
- Yeri gəlmişkən, ilk qolu da tez buraxdınız – 14-cü dəqiqədə.
- Belə tez qol buraxacağımızı gözləmirdik. Ancaq buraxılan qoldan sonra toparlanaraq hətta hesabı bərabərləşdirdik və hissəni də, heç-heçə bitirdik. Lakin ikinci yarıda komandada nəsə çatışmırdı. Bəlkə də, yorğunluğun əlaməti idi. Həm də ikinci hisssədə “Qarabağ” tamamilə açıq futbol oynadı. Bütün komandayla irəli atıldı. Rəqib də bundan əla istifadə etdi.
- Həmin görüşdə rəqib komanda daha çox cinahlardan müdafiənizi yarırdı. Məsələn, qollardan ikisi cinahlardan keçid zamanı vuruldu.
- Bir daha deyirəm, bütün komanda irəli atılmışdı deyə, cinahlarda boşluqlar olurdu. Ola bilər ki, məhz buna görə rəqibimizin cinahlardan hücumu daha təhlükəli alınırdı.
- Baş məşqçiniz Qurban Qurbanov matçdan sonra sizə iradlarını bildirdi?
- İki gündən sonra “Bakı”yla kubok oyununun cavab qarşılaşmasına çıxacağıq. Bizim üçün ən vacib oyunlardan biri olacaq. Ona görə də komandaya çox irad bildirmək istəmədi. Lakin hərdən elə oyunlar olur ki, kəskin iradlarını bildirir. Sadəcə olaraq, kubok oyunlarına yaxşı hazırlaşmağımızı istədi.
- Bir çoxları bu məğlubiyyətdə Qurban Qurbanovu da günahlandırır. Məsələn, onu qınayırlar ki, heyəti duz qurmayıb.
- Biz üç gündən bir oyun keçiririk. İstər-istəməz futbolçular da yorulur. Axı biz də insanıq. Ona görə də hərdən start heyətdən 2-3 futbolçunu dəyişmək lazım gəlir. Məsələn, elə “Bakı” da bu dəfə bizimlə oyunda meydana başqa bir heyətlə çıxmışdı. Mən bu məğlubiyyəti heyətə çıxan futbolçularla əlaqələndirmirəm.
- Yəqin ki, bu məğlubiyyətin əvəzini kubok oyununda çıxmağa çalışacaqsınız.
- Revanş haqqında fikirləşmirik. Çünki biz “Bakı”nı üç dəfə məğlub etmişik. Onlar isə yalnız bir dəfə bunu ediblər. Biz hazırda mərhələni keçmək barədə düşünürük. Hansı hesab qeydə alınırsa-alınsın, təki finalda biz olaq. İnşallah, buna nail olarıq.
- Ümumiyyətlə, finala keçmək şansınız nə qədərdir?
- Belə baxanda finala çıxmaq şansımız az deyil. “Bakı”dan hardasa şansımız daha çoxdur. Çünki səfərdə 1:0 hesabıyla qələbə qazanmışıq. İndi onlar məcbur olacaqlar ki, irəli atılsınlar.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov