Klub rəsmisi istefa verdi

Klub rəsmisi istefa verdi
DÜNYA FUTBOLU 6 İyun 2026 / 17:18 518
-  A +

"Vest Hem"də həmsədr David Sallivan gözlənilmədən vəzifəsindən istefa verib.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 77 yaşlı iş adamı qərarını dərhal qüvvəyə minəcək şəkildə açıqlayıb. O, bunun şəxsi həyatına dair mətbuatda yayılacağı iddia olunan köhnə ittihamlarla bağlı olduğunu bildirib və həmin iddiaları rədd edib.

Sallivan həmçinin bu xəbərləri yayımlayacaq BBC və digər media qurumlarına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.

Klubun məlumatına görə, ittihamların “Vest Hem”in fəaliyyəti ilə əlaqəsi yoxdur və idarəçilik müvəqqəti olaraq Kərim Viraniyə həvalə edilib.


Son xəbərlər
topaz banner