Belçikadanın paytaxtı Brüsseldə 3-cü Suqovuşan Avropa minifutbol turniri keçirilib.
QOL.az xəbər verir ki, MADANI Platforması tərəfindən təşkil olunan və Azərbaycanın Müstəqillik Günü – 28 May ərəfəsində keçirilən turnir artıq Avropada azərbaycanlılar tərəfindən təşkil edilən ən böyük futbol tədbirinə çevrilib.
Turnirdə 24 komanda iştirak edib və 10-dan çox ölkə təmsil olunub.
Azərbatcanın Belçika Səfirliyi və Diaspora İş Üzrə Dövlət Komitəsi dəstəyi ilə keşirilən sayca 3-cü olan tədbir yalnız futbol komandalarını deyil, həm də ailələri və uşaqları əhatə edərək əsl futbol festivalı ab-havası yaradıb. Turnirdə səfirliklərin, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. NATO qərargahının əməkdaşları və icma üzvləri, həmçinin Ukrayna, Gürcüstan, Özbəkistan, Pakistan və Qırğızıstan səfirliklərinin nümayəndələri də tədbirə qatılıblar.
Turnir eyni zamanda səfirlərin, fəxri qonaqların və tanınmış belçikalı FIFA referisi Frank De Bleeckerenin iştirakı ilə daha da nüfuzlu xarakter alıb. Onun iştirakı turnirin idman əhəmiyyətini və artan nüfuzunu bir daha təsdiqləyib.
Turnir zamanı çıxış edən MADANI Platformasının təsisçisi Emin Əliyev tədbirin artıq üçüncü dəfə keçirilməsindən qürur duyduğunu bildirib: "Suqovuşan tolerantlığı, səbirli olmağı, qələbəni və uzunmüddətli baxışı simvolizə edir. Bir futbol turniri kimi başlayan təşəbbüs artıq əsl futbol bayramına çevrilib. Hər il daha da böyüyür, yeni elementlərlə zənginləşir və müxtəlif təbəqələrdən olan insanları bir araya gətirir. Futbol insanlar arasında körpülər qurur, yeni əlaqələr yaradır və dostluğu möhkəmləndirir. Avropanın müxtəlif ölkələrindən səfirlərin, diplomatların, beynəlxalq təşkilatların və icmaların iştirak etməsi bizim üçün böyük qürur mənbəyidir."
O əlavə edib: "Suqovuşan Turniri artıq Avropada azərbaycanlılar tərəfindən təşkil edilən ən böyük futbol turnirinə çevrilib. İnanırıq ki, bu layihə gələcəkdə daha da böyüyəcək, qitənin müxtəlif ölkələrindən daha çox azərbaycanlını və Azərbaycanın dostlarını cəlb edəcək, eyni zamanda ilk gündən ona xas olan dostluq, qarşılıqlı hörmət və birlik ruhunu qoruyub saxlayacaq."
Gün ərzində komandalar meydanda və meydandan kənarda yüksək idman etikası, komanda ruhu və qarşılıqlı hörmət nümayiş etdiriblər. Turnir yalnız rəqabət platforması deyil, həm də müxtəlif ölkə və mədəniyyətlərdən olan insanlar arasında dialoq, şəbəkələşmə və əlaqələrin möhkəmləndirilməsi üçün mühüm imkan yaradıb.
Növbəti uğurlu turnirin yekun fitindən sonra iştirakçılar yeni dostluqlar, daha güclü əlaqələr və unudulmaz xatirələrlə ayrılıblar. Bu da turnirin əsas şüarını bir daha təsdiqləyib: “Sərhədləri aşan dostluq".
Çempionlar Liqası formatında keçirilən 3-cü Suqovuşan turnirinin qalibi Belçika Azərbaycanlılarını təmsil edən "Qırği Belçika" komandası olub. Onlar finalda Tallinin "Qarabağ" komandasını məğlub ediblər. 3-cü yerin sahibi Almaniyanın Essen bölgəsini təsil edən azərbaycanlılarının "Aze NRW" komandası olub. 24 komanda arasında son 8 yeri tutan komanda Avropa Liqasında mübarizə aparıb və bu kubokun sahibi təkilatçı "MADANİ Heroes" komandası olub. Onlar Belçika azərbaycanlılarını təmsil edən "Fireland AZ" təşkilatının eyniadlı komandasına qalib gəliblər
Yuxarı
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı