Azərbaycan millisi yarımfinalda - Dünya kuboku

Azərbaycan millisi yarımfinalda - Dünya kuboku
XƏBƏR 7 İyun 2026 / 08:00 446
-  A +

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya kubokunda yarımfinala yüksəlib.

QOL.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu komanda 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti mərhələdə  ABŞ yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner