Portuqaliya millisinin hücumçusu Rafael Leau Çili ilə keçirilən yoldaşlıq oyununda (2:1) baş verən dava səbəbindən FİFA tərəfindən əlavə cəza ala bilər.
QOL.az "goal.com"a istinadən xəbər verir ki, hadisə oyun zamanı tərəflər arasında yaranan mübahisədən sonra baş verib.
Nəticədə həm Rafael Leau, həm də Çili millisinin müdafiəçisi İvan Roman qırmızı vərəqə alaraq meydandan qovulub. Məlumata görə, Leau rəqibin boynundan tutub və üzünə zərbə endirib.
Qaydalara əsasən, yoldaşlıq matçında alınan qırmızı vərəqə adətən yalnız növbəti yoldaşlıq oyunlarına diskvalifikasiya ilə nəticələnir. Lakin epizodun ciddi xarakter daşıması səbəbindən FİFA-nın intizam komitəsi daha sərt qərar verə və cəzanı rəsmi oyunlara da şamil edə bilər.
Bu halda "Milan"ın futbolçusu 2026-cı il dünya çempionatının ilk oyunlarını buraxa bilər.
Qeyd edək ki, Portuqaliya mundialda K qrupunda Konqo, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi