“Neftçi” klubunun yarımmüdafiəçisi Zlavço Georgiyevski bu gün “Xəzər Lənkəran”a qarşı keçiriləcək Unibank Premyer Liqanın 29-cu turunun oyunuyla əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- Hazırda “Neftçi”nin düşərgəsində əhval-ruhiyyə necədir?
- Bütün görüşlərdə hansı əhval-ruhiyyədə olmuşuqsa, “Xəzər Lənkəran”la oyunöncəsi də belədir. Məqsədimiz çempionluqdursa, əhvalımız necə olmalıdır? Əlbəttə ki, əla! Çalışacağıq ki, bu gözəl əhvalımız matçdan sonra da bizdə qalsın.
- “Xəzər Lənkəran”la oyuna hazırlıq necə gedib?
- Derbiyə necə lazımdırsa elə də hazırlaşmışıq. Bilirik ki, bu, mövsüm ərzində keçirdiyimiz ən ağır oyunlardan olacaq. Lakin hiss edirəm ki, oyunun sonu bizim üçün yaxşı qurtaracaq.
- Yəni fikirləşirsən ki, Lənkəranda qələbə qazanıb çempionluğunuzu rəsmləşdirəcəksiniz?
- Bu, çox çətindir. Lakin öhdəsindən gələcəyimizə inanıram. Çünki “Neftçi” elə-belə komanda deyil. Biz hansı potensiala malik olduğumuzu mövsüm boyu sübut etdik.
- Bəs, rəqibiniz “Xəzər Lənkəran” barəsində nə düşünürsən?
- Heyətində xeyli səviyyəli futbolçu çıxış edir. Komandanın yerli futbolçuları Azərbaycan millisinin şərəfini qoruyurlar. Başqa nə demək olar? “Xəzər Lənkəran” bizim çempionluq yolunda ən ciddi rəqibimiz idi. Biz onlara ciddi rəqib kimi hörmətlə yanaşırıq.
- Bilirsən ki, “Neftçi” artıq neçə ildir, səfərdə “Xəzər Lənkəran”ı məğlub edə bilmir. Bu dəfə bu sindiromu qıra biləcəyinizə inanırsan?
- Futbolda hər şey ola bilər. Dünən İspaniya La Liqasında “Real” “Barselona”ı səfərdə uddu. Halbuki neçə il idi “Real” “Nou Kamp”da “Barselona”nı yenə bilmirdi. Deməli, futbolda mümkünsüz şey yoxdur. Bu mənada, biz də “Xəzər Lənkəran”ı məğlub edə bilərik. Əlimizdən gələni edəcəyik ki, bu sindiromu qıraq.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir