Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Lent.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində yer alan təmsilçimiz bu uğura Türkiyənin Trabzon şəhərində keçirilən Avropa olimpiya təsnifat turnirində nail olub.
Londona vəsiqə üçün Əbdülhəmidova cəmi 2 döyüşü qələbə ilə başa vurmaq kifayət edib. Boksçumuz mübarizəyə 1/8 finaldan qoşulub. Əvvəlcə macarıstanlı Kristian Nagini 13:9 hesabı ilə üstələyən yığmamızın üzvü növbəti mərhələdə Almaniyanı təmsil edən Denis Makarova qalib gəlib – 13:4. Makarovla qarşılaşmada Əbdülhəmidov ilk raunddan təşəbbüsə yiyələnib. O, ilk raundu 4:2, ikincini 4:1, sonuncunu isə 5:1 hesablı üstünlüklə tamamlayıb.
Reqlamentə əsasən, 56 kq çəki dərəcəsində 4 boksçu London olimpiadasına lisenziya qazanır. Bu isə o deməkdir ki, Əbdülhəmidov yarımfinalda gürcüstanlı Merab Turkadze ilə keçirəcəyi döyüşün nəticəsindən asılı olmayaraq, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib. Bununla da XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazanan boksçularımızın sayı 6-ya çatıb. Daha öncə Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) olimpiadaya lisenziya əldə edib. Ümumilikdə isə bu, Londona 32-ci lisenziyadır.
Qeyd edək ki, Trabzon rinqinə ümumilikdə 5 boksçumuz çıxıb. Hazırda Məhəmməd Əbdülhəmidovdan əlavə, Vətən Hüseynli (81 kq) də mübarizəni davam etdirir. Hüseynli ¼ finalda Fransa təmsilçisi Abdulkader Buhenyanı yenib – 16:8. Boksçumuz birinci və üçüncü raundları 5:2, ikincini isə 6:4 hesablı üstünlüklə tamamlayıb. O, yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq. 81 kq çəki dərəcəsində 3 boksçu London olimpiadasına lisenziya qazanacaq. Həmyerlimiz yarımfinalda uduzacağı halda, rəqibinin turnirin qalibi olmasını arzulamalıdır. Əvəzində Salman Əlizadə (49 kq) və Elvin İsayevin (60 kq) ardından Tamerlan Abdullayev (69 kq) də mübarizəni dayandırıb. Abdullayev ¼ finalda irlandiyalı Adam Nolana uduzub – 13:17. İlk raundda Nolan 6:3, ikincidə Abdullayev 8:6 hesabı ilə üstün olub. Üçüncü raundda isə irlandiyalı boksçu yenə 3 top fərqi ilə qalib gəlib – 5:2.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?