2012-ci il London Yay Olimpiya Oyunlarında kanoe növündə 3 dəst medal sahibini tapacaq.
Lent.az-ın məlumatına görə, olimpiadada Azərbaycan milli komandasının üzvlərindən Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə iştiraklarını artıq təmin ediblər.
1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə isə hələlik kanoeçilərimizdən heç kim olimpiya lisenziyası qazana bilməyib. Ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında Adnan Əliyev vəsiqəyə çox yaxın olsa da, əldən verib. Amma növbəti belə şans 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) veriləcək. Bunun üçün təmsilçimiz ən azı 2-ci yeri tutmalıdır. Poznanda çıxış etməyə daha çox Boqdan Kurudzu şanslı saymaq olar. 19 yaşlı kanoeçimiz ötən il Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında yarımfinaladək irəliləməyi bacarıb. Kurudz Bolqarıstanın Belmeken bazasında təlim-məşq toplantısından yenicə qayıdan kanoe yığmamızın tərkibində də yer alıb. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində həm hazırlıq prosesi, həm də Avropa Olimpiya Təsnifatında iştirak imkanları barədə danışıb:
- Təlim-məşq toplantınız necə keçdi?
- Şəxsən mən hazırlıq prosesindən razı qaldım. Nəzərdə tutulan tapşırıqlar, təlim-məşq proqramı yerinə yetirildi. Orta dağlıq ərazidə xizəklə intensiv məşqlər etdik. Habelə, fiziki keyfiyyətlərimizin inkişafına diqqət ayırdıq.
- İndiki hazırlıq durumunuzu necə dəyərləndirirsiniz?
- Ötən ilin yeni mövsümə hazırlıq dövründə “Kür” Olimpiya Mərkəzində cəmi 2 ay məşq etmişdim. Bununla belə, 2011-ci ilin noyabrında keçirilmiş Beynəlxalq Mingəçevir Reqatasında 1000 metr məsafəni 4 dəqiqə 28 saniyəyə qət etdim. Amma ən yaxşı göstəriciyə ötən ilin iyununda Serbiyanın paytaxtı Belqraddakı Avropa çempionatında imza atmışdım. Həmin vaxt finişə 4 dəqiqəyə çatmışdım. Tezliklə Beynəlxalq Prezident Kuboku reqatası keçiriləcək. Fikrimcə, hansı irəliləyişə nail olduğumu məhz qarşıdakı reqatada obyektiv qiymətləndirmək mümkün olacaq. Hazırda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında fiziki, taktiki və texniki keyfiyyətlərimizin təkmilləşdirilməsi üzərində çalışırıq. Məncə, bu proses heç də uğursuz getmir.
- Yəqin ki, əsas məqsədiniz 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etməkdən ibarətdir...
- Olimpiadada iştirak hər bir peşəkar idmançının karyerası ərzində əsas məqsədi sayılır. Mən bunu gözəl başa düşür və hədəfimə çatmaq üçün hər gün məşq edirəm. Lakin hazırkı durumda olimpiya lisenziyasını qazanmaq heç də asan olmayacaq. Çünki bir çox məşhur avarçəkən, hətta Avropa və dünya çempionları ötən il bu vəsiqəyə sahib çıxa bilmədilər. Ona görə də mənim kimi onlar da 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında lisenziya uğrunda mübarizə aparmalı olacaqlar. Hazırda şanslarımı dəyərləndirmək çətindir, Lakin bir şeyi deyə bilərəm ki, rəqiblərimə rahatlıq vəd etmirəm və son gücümədək mübarizə aparacağam.
- Bəs ötən il Avropa çempionatında iştirak etdiyiniz halda, London olimpiadasına lisenziya xarakterli dünya çempionatına niyə qatıla bilmədiniz?
- Müəyyən obyektiv səbəblərlə əlaqədar dünya çempionatı ərəfəsində Adnan Əliyev daha güclü idi. Ona görə də milli komandamızın məşqçilər heyəti və Azərbaycan Milli Avarçəkmə Federasiyası haqlı olaraq, Əliyevə lisenziya uğrunda mübarizə şansı yaratdılar.
- Adnan Əliyev isə çox yaxın olsa da, lisenziya qazana bilmədi...
- Macarıstanda keçirilmiş həmin dünya çempionatı artıq tarixdə qaldı. Qarşıda yeni-yeni reqatalar var. Məhz növbəti yarışlarda nəyisə dəyişməyə çalışmalıyıq.
- Avropa Olimpiya Təsnifatında əsas rəqib qismində hansı kanoeçiləri görürsünüz?
- Sebastyan Brendel 1 nömrəli favoritdir. O, son illərdə 2 dəfə Avropa çempionu olub. Ötən ilin qeyri-rəsmi rekordu (3,47 dəqiqə) ona məxsusdur. Sadəcə, dünya çempionatında gözlənilməz hadisə (avarını qırması – red.) ona mane oldu və liderlər sırasına daxil ola bilmədi. Bundan başqa dünya çempionatının gümüş mükafatçısı, fransalı Matyö Qubel, Dünya Kuboku mərhələsinin mükafatçısı, polşalı Tomaş Kaçor, dünya çempionatının mükafatçısı, çexiyalı Lukas Koranda, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının finalçısı Marian Ostrçil də ciddi şanslara malikdir. Yəni, iddiaçıların tərkibi kifayət qədər cəlbedicidir.
- Sizcə, kanoeçilərimiz London olimpiadasında medal qazana bilərlərmi?
- Mənim fikrimcə, həm Valentin Demyanenko, həm də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti peşəkar inkişaf dövrünün elə bir səviyyəsindədirlər ki, Londonda fəxri kürsünün pillələri uğrunda mübarizə aparmaq iqtidarındadırlar.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı