Türkiyə futbolunun canlı əfsanəsi, “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına müsahibəsi
- Bu gün Türkiyə millisi “Avro-2012”nin seçmə mərhələsində Almaniya ilə vacib oyuna çıxacaq. Həmin matçda komandanızın şanslarını necə dəyərləndirirsiniz?
- Rəqib Almaniyadır. Çox çətin oyun olacaq. Almanlar hazırda İspaniya ilə birlikdə dünyanın ən yaxşı komandasıdır. Çox gözəl futbol sərgiləyirlər. Bugünkü oyunda taktikanı düzgün qurub, səhvsiz oynasaq, istədiyimiz nəticəni əldə edə bilərik. Bildiyiniz kimi, əsas hədəfimiz 1 xaldır. Düzdür, oyunun gedişində hesabda önə çıxsaq, 3 xal da ala bilərik. Yenə deyirəm, çox çətin oyun olacaq. Ancaq ən azından almanlardan xal almalıyıq.
- Türkiyə yığması Almaniyadan sonra “Türk Telekom Arena”da Azərbaycan millisini qəbul edəcək. Bu oyun barədə nə düşünürsünüz?
- Azərbaycanla Bakıda oynadıq. Həmin vaxt sizin qəzetlərdən birinə müsahibəmdə bildirmişdim ki, bizim üçün çox çətin oyun olacaq. Bu dəfə isə Almaniya ilə görüşdə əldə edəcəyimiz nəticə Azərbaycanla matçın əhəmiyyətinə təsir edəcək. Həmin oyunun önəmi artacaq. Azərbaycan millisi meydanda sonadək mübarizə edən komandadır. Ancaq biz əlimizə düşən imkanları dəyərləndirə bilsək, sizə qalib gələ bilərik.
- Düzdür, Türkiyə üçün millimizlə oyunda 3 xal daha vacibdir. Ancaq Azərbaycanda türklərin komandamızla oyunda Bakıdakı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacağını da istisna etmirlər. Sizin bu barədə fikirləriniz maraqlı olardı.
- Türkiyə Azərbaycanla oyuna 3 xal üçün çıxacaq, revanşa yox. Çünjki “pley-off”-a çıxmalıyıq, buna görə qələbə qazanmağa məcburuq. Ancaq mən belə düşünürəm ki, çox çətin oyun olacaq.
- Siz millimizlə oyunda Türkiyə yığmasından hansı nəticəni gözləyirsiniz?
- Oyun Türkiyədə olduğu üçün azarkeş dəstəyi də bizim tərəfimizdədir. Ona görə də oyunun favoriti bizik. Bundan başqa, bizim 3 xala daha çox ehtiyacımız var. Azərilər matça imic üçün çıxacaqlar.
- Bəs sizcə, Azərbaycan millisinin Türkiyə qarşısında şansı necədir?
- Bu futboldur. Burada istənilən nəticə olur. Ancaq hər şey bizim özümüzdən asılıdır. Meydançada qaçmasaq, qol vurmasaq, əlbəttə ki, Azərbaycanın da şansı var. Lakin əgər bizim oyunçular meydançada azərbaycanlı futbolçular qədər qaçsalar, Türkiyə millisinin şansları daha çoxdur.
- Bu gün Azərbaycan millisi doğma meydanda Avstriya kollektivini qəbul edəcək. Azərbaycan futboluna bələd olan bir mütəxəssis kimi, komandamızın həmin oyunda şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan öz meydanında Türkiyəni məğlub etdi. Belçikadan xal aldı. Almaniyaya qarşı isə sonadək mübarizə apardı. Mən həmin oyunda komandanızın xal və ya xallar qazanacağını düşünürəm. Çünki futbolçuların özünəinamı qayıtmağa başladı. Oyunçularınız da artıq özlərini inkişaf etdirməyə çalışırlar. Ona görə də Azərbaycanın məğlub olmayacağını deyə bilərəm. Ya qalib gələcək, ya da heç-heçə oynayacaq.
- Bir müddət ölkəmizdə “Bakı” klubunu çalışdırdınız. Bu komandanın oyunlarını indi də izləyirsiniz?
- “Bakı”nın oyunlarını çox da izləyə bilmirəm. Sadəcə nəticələrinə baxıram. Orada dostlarım var, onlarla danışanda, maraqlanıram. Çünki mənim televizorum “İdman Azərbaycan” kanalını tutmur. Onsuz da Türkiyədə o kanala baxmaq olmur. Ancaq “Bakı”nın qazandığı nəticələri və Azərbaycan futbolunu izləyirəm.
- Qeyd etdiniz ki, oyunlara baxa bilməsəniz də, nəticələri öyrənirsiniz. Nəticələr baxımından “Bakı”nın çıxışı barədə nə deyə bilərsiniz?
- Mən həmişə “Bakı” klubunun irəliyə getməsini və uğur qazanmağını istəyirəm. Çünki mən orada işləyib, gözəl dostlar qazanmışam. Onların uğur qazanmağını istəyirəm. İnşallah, çempion olarlar.
- Ancaq bu bir reallıqdır ki, sizin gedişinizdən sonra “Bakı”nın işləri heç də yolunda getmir. Komanda öz oyununu göstərə bilmir.
- Komandadakı futbolçuların necə məşq etdiklərini bilmədiyim üçün bu barədə heç nə deyə bilmərəm. Ona görə də bu məsələyə şərh vermək istəmirəm. Tək düşündüyüm “Bakı”nın uğur qazanmasıdır. Çünki komandanın qarşıdakı 3 illik hədəfləri arasında Avroliqada qrup mərhələsinə qalmaq var. Bu, təkcə “Bakı”nın yox, bütün Azərbaycan klublarının məqsədidir. İnşallah, “Bakı” da bu arzusuna çatar. Azərbaycan klubları avrokuboklarda qrup mərhələsinin ab-havasını görməlidirlər. Düzdür, Çempionlar Liqasında bu hələlik çox çətindir. Ancaq Avroliqada bunu bacarmaq olar. Belə olan halda Azərbaycan futbolu da inkişaf edər.
"Şəmkir"in qələbəsindən - Video
Gyökereş "Mançester Yunayted"ə keçəcək?
"Şimal" 1-ci liqaya vəsiqəni belə təmin etdi - Video
"Mançester Siti"dən yeni transfer
"Haypers Quba"dan əzmkar qələbə - Video
Qubada 7 qol vuruldu, "Şimal", "Qusar" və "Şəmkir"dən qələbə
"Real" təzminat ödəmir, Braziliya millisi isə gözləmir
"Mançester Yunayted" üçün şad xəbər
Xabi Alonsonun “Real”da görmək istədiyi 3 futbolçu
"Bavariya"nı "Monako"ya dəyişir
Fransa klubları 34 ildir bunu bacarmırdı
Mahir Emreli qoruyucu şinlə məşqə başladı - Şəkil
"Yuventus"da yeni müqavilə
Azərbaycan cüdoçusu zədələndi - Dünya çempionatını buraxacaq
Xabi Alonsonun yerinə namizədlər kimlərdir?
Emrelinin komandasına "Bayer"dən hücumçu gətirildi
AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
"Barselona" - "İnter" oyunu hansı kanallarda?
"Neftçi"nin sabiq baş məşqçisi yenə qovuldu
"Sabah"ın legioneri hakimi söydü, ağır cəza aldı
"Qarabağ" və "Kəpəz" niyə cərimə edilib?
Rio Ferdinand Arda Gülər üçün "Real"a üz tutdu
“Qızıl top” mükafatını tənqid etdi
Luis Enrikedən qələbə şərhi
PSJ "Arsenal"a belə qalib gəldi - Video
"Şanslar hələ bərabərdir" - Mikel Arteta
Rüdigerin cəzası ağır oldu
PSJ Londonda "Arsenal"a qalib gəldi
Asiya Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi
"Tottenhem"də yeni müqavilə
Kenan Yıldız 2 oyunu buraxacaq
Erik Dayerin gələcəyi məlum oldu
“Karvan” – “Qəbələ” oyununun hakimləri
2-ci liqa oyunundakı 12 qol - Video
"Bavariya" Virtzlə razılaşdı
Xabi Alonso qərarını verdi
Azərbaycan 2-ci liqasında fantastik nəticə
Flik gələcəyindən danışdı
AFFA "Kəpəz"in şikayətini qismən təmin etdi
Karvahalla bağlı araşdırma aparılır
Reşford üçün mövsüm bitdi
Ançelotti ilə razılığa gəldilər
"Real"dan Rüdigerlə bağlı açıqlama