Rusiya İdman Güləşi Federasiyasının (FSGR) prezidenti Mixail Mamiyaşvili Rusiya və ABŞ yığmaları arasında sərbəst güləş üzrə keçiriləcək yoldaşlıq görüşü barədə danışıb.
QOL.az xəbər verir ki, o, bu haqda TASS agentliyinə müsahibəsində fikirlərini bildirib.
Qurumun rəhbəri deyib ki, əgər bu görüş baş tutsa, bu, çox rəmzi bir hadisə olacaq: "Biz görüşün Özbəkistanda keçirilməsinə daha çox meylliyik. Bunun səbəbləri var. Heç bir pərdəarxası məsələ yoxdur, sırf texniki üstünlüklərdir. Amma Qazaxıstan və Azərbaycan da bu tədbiri keçirmək üçün münasib ölkələrdir. Çünki bu ölkələr də güləş milli idman növüdür, burada böyük ənənələr və dostluq münasibətləri var. Aramızda heç bir şərt yoxdur. Onlar da bu görüşü qəbul etməyə hazırdırlar.
İyulun sonu, daxili seçimlər nəzərə alınmaqla, hamı üçün uyğun vaxtdır. Yoldaşlıq görüşləri həmişə boksda və güləşdə parlaq tədbirlər olub. Belə komanda görüşləri hələ Sovet İttifaqı dövründən başlayaraq həmişə böyük maraq doğurub. Bu görüşdə zəif heyətlər olmayacaq. Üstəlik, ciddi mükafat fondu da nəzərdə tutulur”.
Qeyd edək ki, daha əvvəl Rusiya idman naziri Mixail Deqtyaryov yaxın vaxtlarda Rusiya və ABŞ arasında güləş üzrə yoldaşlıq görüşünün keçirilə biləcəyini bildirmişdi.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi