“Zirə”nin yarımmüdafiəçisi Ayron Qomisin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 32-ci turunda səfərdə “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Bizim üçün heç də asan oyun olmadı. Ot örtüyünün süni olması işimizi daha da çətinləşdirirdi. Bu səbəbdən Tovuzdakı oyunlar həmişə çətin keçir. İlk hissədə rəqibin müqavimətini qıra bilmədik. Fasilədən sonra istədiyimiz qolu vurduq. Hesabda önə keçdikdən sonra yaxşı müdafiə olunduq, rəqibə qol şansı vermədik. Yekunda da qalib gəldik ki, buna görə çox şadıq.
- “Zirə” artıq avrokuboklara vəsiqəni və medalı təmin edib. Bu, minimum hədəf idi, yoxsa maksimum?
- Təbii ki, avrokuboklara vəsiqə qazandığımız üçün sevinirik. Lakin dayanmayacağıq, bu nəticə ilə kifayətlənə bilmərik. Qarşıda hələ 4 oyun var. Həmin görüşlərdə də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq. İndiki halda hədəfimiz ikinci pillədə qalmaq, gümüş medalları qazanmaqdır. Çox istərdik ki, Avroliqada oynayaq.
- Onda kubokun finalında “Qarabağ”a azarkeşlik edəcəksiniz? Çünki Avroliqaya yollanmağınız üçün təkcə gümüş medalları qazanmağınız kifayət etmir.
- Deməzdim azarkeşlik edəcəyik. Lakin “Qarabağ”ın qələbəsini istəməyimiz məntiqlidir.
- Bəs neytral yanaşsaq, final üçün şansları necə dəyərləndirirsiniz?
- Hər iki komanda yaxşı performans nümayiş etdirir. Biz həm “Qarabağ”, həm də “Sabah”la görüşlərdə çətinliklə üzləşirik. Amma ümumi götürdükdə məlumdur ki, “Qarabağ” daha güclüdür. Mövsümün sonuna 4 tur qalmış çempionluğu rəsmiləşdirmələri də buna sübutdur.
- Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Bayaq da dediyim kimi, medalları və avrokuboklara vəsiqəni təmin etsək də, qarşıdakı matçlarda da qələbə qazanmaq istəyirik. Hədəfimiz maksimum nəticədir. Ona görə “Turan Tovuz”la matça da yalnız qələbə üçün çıxacaq.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə