Avropa Liqasının ikinci təsnifat mərhələsində Ağdamın "Qarabağ" klubunun rəqibi Farer adalarının "Streymur" klubu olacaq.
Tam adı "EB/Streymur" (farer dilində "EB/Streymur) olan klub Farer arxipelaqının Esturoy adasındakı Ayi qəsəbəsinin komandasıdır.
Klub 1993-cü ildə "Eiðis Bóltfelag" və "Ítróttarfelagið Streymur" klublarının birləşməsi nəticəsində yaranıb.
Komanda indiyədək 3 dəfə Farer Adaları Kubokuna (2007, 2008, 2010) yiyələnib, 2008-ci ildə isə ölkə çempionu olub.
Klubun stadionu "Við Margáir" 1000 tamaşaçı tutur.
Stadion 2007-ci ilin aprelin 11-də istifadəyə verilib.
2010/2011-ci illər mövsümündə "EB Streymur" Avropa Liqasının 3-cü təsnifat mərhələsinə qədər yüksəlib və orada İngiltərənin "Mançester Siti" klubu ilə qarşılaşıb. Farerlilər Mançesterdə 0:4 hesabla darmadağın edilmiş, doğma stadionda keçirdikləri oyunda isə 1:2 hesabla uduzmuşdular.
"EB Streymur" klubunun əvvəlki stadionu "á Mølini" okean sahilində yerləşirdi və farerlilər də onu dünyanın ən gözəl arenası sayırdılar. Lakin UEFA-nın narazılığından sonra klub stadionunu dəyişib.
"Streymur"un indiki "arena"sının yalnız bir tərəfində qapalı tribunalar var və orada da ən uzağı 800 nəfər otura bilər.
Üstəlik, dəmir torla hasarlanmış stadionun ətrafı Esturoy sakinlərinin qoyun sürülərinin ənənəvi otlaqlarıdır.
Klubun "ev" matçlarının tam əksəriyyəti stadionun ətrafındakı qoyunların mələşmələri və çobanların qışqırıqları ilə müşayiət olunur (milli.az).
Yuxarı
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda