Avroliqanın birinci təsnifat mərhələsinin cavab görüşündə “Banqa” ilə qarşılaşacaq “Qarabağ” dünən oyunöncəsi son məşqinə çıxıb.
Qol.Az-ın məlumatına görə, yüksək əhval-ruhiyyədə keçən məşqə Qurban Qurbanovun 9 yaşlı oğlu Musa Qurbanov əlavə rəng qatıb. Hələ ötən mövsümdən atasının komandasının məşqlərində iştirak edən balaca Musa həmin vaxt futbolçulara kənardan baxmaqla kifayətlənirdi. Budəfəki məşqdə isə o, əsl peşəkar kimi Ağdam klubunun oyunçuları ilə birlikdə meydançada məşq edib.
Görünür, Qurbanov səfərdəki böyükhesablı qələbədən sonra oğlunun futbolçularla birgə məşq etməsinə icazə verib.
İndi isə gələk 9 yaşlı balaca istedadın meydançada etdiyi hərəkətlərə. Yaşının az, boyunun isə qısa olmasına baxmayaraq, Musa meydançada əsl futbolçu təsiri bağışlayırdı. Qapı qarşısına edilən ötürmələr zamanı topa endirdiyi dəqiq zərbələr və vurduğu qollar məşqi izləməyə toplaşanların alqışları ilə qarşılanırdı. Hətta tamaşaçılar arasından belə bir fikir də səslənirdi: “Atasının oğludur”.
Doğrudan da Boyan Pavloviç, Fərhad Vəliyev və Osman Umarovun qoruduğu çərçivəyə bir-birindən gözəl qollar vuran Musa verdiyi ötürmələrlə də diqqət çəkirdi.
Qeyd edək ki, Musa “Neftçi”nin aşağı yaş qrupunda çıxış edir. Ötən il “Qarabağ” istedadlı oyunçunu aşağı yaş qrupuna transfer etmək istəsə də, “Neftçi” müqavilə ilə flaqmana məxsus olan futbolçunu Ağdam klubuna verməkdən imtina etmişdi.
Yuxarı
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar