Misli Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” - “Şamaxı” (1:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
QOL.az futbolpress.az-a istinadən xəbər verir ki, ilk növbədə mütəxəssis ağır məğlubiyyəti şərh etdi:
- Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi. İkinci taymda istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Həmin vaxt hesabın fərqini azalda bilərdik, lakin rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük. Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi.
- Məğlubiyyətdə ötən həftə qazanılan qələbənin yaratdığı eyforiya rol oynadı, yoxsa rəqibə düzgün qiymət verilməmişdi?
- Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdır, amma oyunçular da uduzmaq istəmirdilər.
- Start heyətində dəyişiklik edərək Rafael Məhərrəmliyə şans verdiniz, lakin fasilədə onu Urfan Abbasovla əvəzlədiniz. Bu qərar nədən qaynaqlanırdı?
- Tamamilə taktiki bir dəyişiklik etdik. Rafaelin sürəti və cəldliyindən istifadə edərək evdə oynadığımız üçün matça birinci nömrə kimi başlamaq istəyirdik, lakin ilk hissədə hər şey istədiyimiz kimi alınmadığı üçün fasilədə belə bir dəyişikliyi etməli olduq.
- “Kəpəz”in ev oyunlarını ardıcıl keçirməsi və növbəti matçların da doğma meydanda olacağı təşviş yaratmır?
- Tamamilə haqlısınız, rəqiblər bizim səviyyəmizə yaxın komandalardır. Oyunçuların belə bir nəticədən sonra psixoloji cəhətdən tez bərpa olunması üçün onlarla söhbətlər aparmalıyam. Futbolda qələbə də, məğlubiyyət də normaldır. İnanıram ki, qarşıdakı matçda tamamilə fərqli “Kəpəz” görəcəyik.
- Komandanın yenə çox sarı vərəqə almasının səbəbi nədir?
- Futbol təmas oyunudur və sürətlənən oyunda kartlar qaçılmazdır. Əlbəttə, sarı vərəqələr gələcəkdə futbolçuların cəzalanması baxımından bizim üçün itki ola bilər, amma mən buna ümumilikdə normal baxıram.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı