"Qalatasaray" daha bir transferi açıqladı

"Qalatasaray" daha bir transferi açıqladı
DÜNYA FUTBOLU 2 Sentyabr 2026 / 11:50 281
-  A +

"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi El-Şaday Bitşiabunun keçidini açıqlayıb. 

21 yaşlı müdafiəçi onun müqavilə ilə məxsus olduğu "Leyptsiq"dən (Almaniya) icarəyə götürülüb. Fransalı futbolçu artıq İstanbuldadır. "Sarı-qırmızılar" mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.

Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib. Bitşiabu ötən mövsüm Almaniya təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner