Zamiq oynadı, komandası qalib gəldi

Zamiq oynadı, komandası qalib gəldi
DÜNYA FUTBOLU 1 Sentyabr 2026 / 01:39 94
-  A +

Albaniya çempionatında 2-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Vora"ilə qarşılaşıb. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. 

“Vora” - “Eqnatiya” - 1:3
Qollar:
Karrica, 65 (1:0), Adjessa, 69 (1:1), Albanese, 76 (1:2), Yaqo, 86 (1:3)

Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Eqnatiya” turnir cədvəlində liderliyə yüksəlib. 


Qarabağ FK
Son xəbərlər
topaz banner