"Lester"in Taylandlı sahibləri klubu satışa çıxarıb.
QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, klubun satış qiyməti 200 milyon funt sterlinqdən çoxdur.
ABŞ-ın aparıcı investisiya banklarından birinə "Lester" üçün potensial investor tapmağa kömək edəcək 8 səhifəlik təqdimat göndərilib. "Project Lineup" adlı sənəddə klubla yanaşı qadın komandası, Belçikadakı "Leuven", "King Power" stadionu və 2020-ci ildə istifadəyə verilən məşq bazası da yer alıb. Məşq bazasının dəyərinin 121 milyon funt olduğu bildirilir.
Qeyd edək ki, "Lester" 2015/16 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olub, 2020/21 mövsümündə isə ölkə kubokunu qazanıb. Lakin klub ardıcıl iki dəfə aşağı liqaya düşdükdən sonra hazırda İngiltərənin üçüncü səviyyəsi olan Birinci Liqada çıxış edir.
Xatırladaq ki, Şrivaddanaprabha ailəsi 2010-cu ildən “Lester”in sahibidir. Klub həmin il Milan Mandariçdən 35 milyon funt sterlinq qarşılığında alınıb. Hazırda “Lester”ə 2019-cu ildə helikopter qəzasında həlak olan Vişay Şrivaddanaprabhının oğlu Ayavat Şrivaddanaprabha rəhbərlik edir.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı