Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda

Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
DÜNYA FUTBOLU 13 Avqust 2026 / 21:15 244
-  A +

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandın 4 rekordu "Ginnesin Rekordlar Kitabı"nda rəsmən qeydə alınıb.

QOL.az xəbər verir ki, futbolçuya bununla bağlı 4 sertifikat təqdim olunub.

Haalandın qeydə alınan rekordları isə aşağıdakılardır:

  • Millətlər Liqası tarixinin ən məhsuldar futbolçusu - 19 qol;
  • İngiltərə Premyer Liqasında 100 qola ən sürətli çatan futbolçu - 111 oyun;
  • APL-də bir mövsümdə ən çox qol vuran futbolçu - 2022/23 mövsümündə 36 qol;
  • Çempionlar Liqasında bir oyunda 5 qol vuran futbolçu.

Qarabağ FK
Son xəbərlər
topaz banner