Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakov” (Polşa) bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçin “Hammarbü” klubu ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, matç "Rakov"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda İsveç təmsilçisi ilə qolsuz bərabərliyə razılaşan "Rakov" hər iki qarşılaşmanın nəticəsinə əsasən "pley-off"a vəsiqə qazanıb.
Görüşün yeganə qolunu 45+2-ci dəqiqədə Svarnas vurub.
Qeyd edək ki, Mahir Emreli matça start heyətində başlayıb. O, 67-ci dəqiqədə sarı vərəqə alıb və 73-cü dəqiqədə əvəzlənib.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı