Kurtua qayıdır

Kurtua qayıdır
XƏBƏR 8 Avqust 2026 / 10:49 249
-  A +

"Real"ın futbolçusu Tibo Kurtua komanda ilə məşqlərə qayıdıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı qapıçı Madrid klubunun Valdebebasdakı bazasına gələrək ilk məşqinə çıxıb. Kurtua əvvəlcə fərdi çalışıb və yeni mövsüm öncəsi optimal formasını bərpa etməyə başlayıb.

Belçika millisinin heyətində DÇ-2026-da 6 oyunun hamısında meydana çıxan qapıçı komandasının İspaniyaya 1:2 hesabı ilə uduzduğu 1/4 final matçında 71-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner