"Trabzonspor"dan Salah açıqlaması

"Trabzonspor"dan Salah açıqlaması
DÜNYA FUTBOLU 3 Avqust 2026 / 09:00 873
-  A +

"Trabzonspor"un prezidenti Ertuğrul Doğan Məhəmməd Salahın kluba mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, "A Spor"a açıqlamasında Misir millisinin üzvü ilə bağlı heç bir razılığın olmadığını deyib:

"Salahı hansı klub heyətində görmək istəməz? Amma hazırda heç bir razılıq yoxdur. Sabah Trabzona onun gəlişi ilə bağlı heç bir reys planlaşdırılmayıb. Belə bir plan olsaydı, mətbuatı və azarkeşləri məlumatlandırardıq. Xəbər olan kimi bunu ilk olaraq azarkeşlərimizlə bölüşəcəyik".

Qeyd edək ki, daha əvvəl Salahın "Qalatasaray"la danışıqları uğursuz başa çatdıqdan sonra "Trabzonspor"a keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.


Son xəbərlər
02.08.26  21:34

Mahirdən növbəti qol

02.08.26  20:39

"Qarabağ"da ciddi itki

02.08.26  10:30

"Çelsi"də qalır

topaz banner