"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
DÜNYA FUTBOLU 2 Avqust 2026 / 21:00 1167
-  A +

"Tottenhem" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin transferi ilə bağlı istəyinə nail ola bilməyib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, London klubu 27 yaşlı nigeriyalı forvard üçün 60 milyon avro təklif edib. Lakin "Qalatasaray" rəhbərliyi bu təklifi geri çevirib.

Bununla yanaşı, Osimhenin İstanbul klubundakı gələcəyi hələ də qeyri-müəyyəndir. Bildirilir ki, hücumçu yay transfer pəncərəsi bağlanana qədər komandadan ayrıla bilər.

Qeyd edək ki, Osimhenin "Qalatasaray"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.


Son xəbərlər
topaz banner