"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi

"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi
DÜNYA FUTBOLU 2 Avqust 2026 / 19:36 1044
-  A +

"Yuventus" "Bayer"nin hücumçusu Kerim Alaybeqoviçi heyətinə qatıb.

QOL.az xəbər verir ki, Turin klubu transferi rəsmən açıqlayıb. İtaliya mətbuatının məlumatına görə, "Yuventus" bu keçid üçün 33 milyon avro ödəyəcək. Müqavilədə əlavə 7 milyon avro bonus da nəzərdə tutulub.

Qeyd edək ki, 18 yaşlı bosniyalı futbolçu ötən mövsümü icarə əsasında "Zaltsburq"da keçirib. O, Avstriya Bundesliqasında 28 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner