Levandovski MLS-də ilk qollarını vurdu

Levandovski MLS-də ilk qollarını vurdu
DÜNYA FUTBOLU 2 Avqust 2026 / 11:54 4330
-  A +

Polşa millisinin və "Barselona"nın sabiq futbolçusu, hazırda "Çikaqo"nun formasını geyinən Robert Levandovski MLS-də ilk qollarını vurub.

QOL.az xəbər verir ki, 37 yaşlı polşalı futbolçu 18-ci turda "Şarlott"a qarşı matçda (2:1) dubla imza ataraq komandasına qələbə qazandırıb. Hücumçu 20 və 68-ci dəqiqələrdə fərqlənib. Bu, onun liqadakı üçüncü oyunu olub.

Levandovski həmçinin ilk dəfə MLS-də matçı sonadək keçirib. O, "İnter Mayami" ilə debüt görüşündə 62-ci dəqiqədə əvəzlənmiş, "Nyu-York Siti" ilə qarşılaşmada isə ikinci hissədə meydana daxil olmuşdu.


Qarabağ FK
Son xəbərlər
topaz banner