Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
XƏBƏR 1 Avqust 2026 / 21:25 759
-  A +

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev növbəti qələbəsini qazanıb.

QOL.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən "UFC Fight Night" turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini rəsmiləşdirib.

Xatırladaq ki, bu qarşılaşma Tofiq Musayevin UFC karyerasında üçüncü döyüşü idi. O, 2025-ci ilin iyununda Bakıda baş tutan debüt görüşündə Mıktıbek Orolbaya məğlub olmuş, 2026-cı il martın 28-də isə İqnasio Bahamondes üzərində qələbə qazanaraq UFC-də ilk uğuruna imza atmışdı.


Son xəbərlər
31.07.26  21:19

Qəbələdə 4 qol

topaz banner