UEFA-dan penaltilərlə bağlı yeni qərar

UEFA-dan penaltilərlə bağlı yeni qərar
DÜNYA FUTBOLU 1 Avqust 2026 / 16:51 1189
-  A +

UEFA Çempionlar Liqasında yaşanan mübahisəli epizodlardan sonra hakimlərə yeni göstəriş verib.

QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, bundan sonra oyun zamanı müdafiə olunan komandanın cərimə meydançasında futbolçu topa əllə toxunduğu bütün hallarda penalti təyin olunmalıdır. UEFA bu qaydanın şərhə açıq olmadığını vurğulayıb.

Qərarın 2025/2026 mövsümündə "Barselona" - "Atletiko" matçında Mark Pubillin cərimə meydançasında topa əllə toxunduğu, lakin penalti verilmədiyi epizoddan sonra qəbul edildiyi bildirilir.

UEFA oxşar hallarda gələcəkdə hakimlərin mütləq penalti qərarı verməli olduğunu qeyd edib.


Son xəbərlər
31.07.26  21:19

Qəbələdə 4 qol

topaz banner